“PMD Group” MMC Xəzər İnşaat Həftəsində Baş Sponsor qismində çıxış edir
Cənubi Qafqazın ən hündür binası olan “Baku Tower” layihəsi nümayiş etdirilib.(®) Ölkəmizdə daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması sahəsində aparıcı şirkətlərdən biri olan “PMD Group” MMC bu ilki Xəzər İnşaat Həftəsinin Baş Sponsorudur.
14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan Xəzər İnşaat Həftəsi regionda inşaat, bərpa, memarlıq və infrastruktur sahələrinin ən böyük əməkdaşlıq və innovasiya platforması kimi tanınır.
14 oktyabr tarixində fəaliyyətinə start verilən sərgi yerli və beynəlxalq şirkətləri bir araya gətirərək inşaat sənayesində yeni texnologiyaların təqdimatı, tərəfdaşlıqların qurulması və bərpa proseslərinin sürətləndirilməsi üçün mühüm imkanlar yaradır.
Sərginin ilk günündə “Qarabağın dirçəlişi və Azərbaycanın yeni inkişaf modeli” mövzusunda panel müzakirəsi keçirilmişdir. Paneldə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “PMD Group” MMC-nin Daşınmaz Əmlakın İnkişafı departamentinin direktoru Kamil Əliyev də daxil olmaqla 6 məruzəçi yer almışdır. Müzakirə zamanı Qarabağda aparılan şəhərsalma prosesləri, dayanıqlı inkişaf yanaşmaları və özəl sektorun bu prosesdə rolu xüsusilə vurğulanmışdır.
Eləcə də, Bakı Ekspo Mərkəzində təqdim olunan PMD Group-a məxsus “Ağdam Rezidens” və “Baku Tower” layihələri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Ziyarətçilərə hər iki layihənin üstünlükləri, konsepsiyası və gələcək inkişaf planları barədə ətraflı məlumat təqdim olunmuşdur.
Ağdamın mərkəzində inşa edilən “Ağdam Rezidens” layihəsi regionun ilk müasir yaşayış kompleksi kimi xüsusi diqqət çəkir. Dövlətimiz tərəfindən keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində böyük miqyaslı bərpa və yenidənqurma işləri uğurla həyata keçirilərkən, PMD Group da özəl sektor nümayəndəsi kimi bu prosesi “Ağdam Rezidens” və digər layihələri ilə dəstəkləyir. Bu layihə təkcə mənzil tikintisi deyil, yeni icmanın formalaşması, müasir həyat tərzinin yaradılması və Qarabağın dirçəlişinə real töhfə kimi təqdim olunur.
Bununla yanaşı, PMD Group-un portfelində yer alan və Cənubi Qafqazın ən hündür binası olan “Baku Tower” layihəsi də sərgidə nümayiş etdirilmişdir. Müasir memarlığı və funksional kommersiya sahələri ilə seçilən bu bina ölkənin biznes infrastrukturunun inkişafına xidmət edən strateji layihə kimi dəyərləndirilir.
PMD Group sərgidə layihələrini nümayiş etdirməklə yanaşı, Qarabağdakı fəaliyyətinin bölgənin bərpası və uzunmüddətli inkişafına xidmət edən strateji missiyaya əsaslandığını vurğulayır. Şirkət azad edilmiş ərazilərdə müasir yaşayış mühitləri, infrastruktur və dayanıqlı şəhərsalma modelini tətbiq edərək regionun bərpasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







