Türkiyənin tekstil şirkəti "Colins" ölkədə fabrikini bağlayıb, istehsalını Misirə köçürüb
"X Eroğlu Holding"ə məxsus və Aksaray Sənaye Zonasının ən böyük tekstil istehsalçılarından biri olan "Colins", Türkiyədəki istehsal fəaliyyətlərini dayandırıb.
Marja Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şirkət istehsalı tam olaraq Misirdəki yeni müəssisəsinə köçürüb.
Aksaraydakı fabrikin bağlanması minlərlə işçiyə təsir edib
Colins-in Aksaraydakı fabrikində təxminən 1 500 nəfər çalışırdı. Misirdəki yeni investisiya müəssisəsi işə düşdükdən sonra Aksaraydakı istehsal tamamilə dayandırılıb. Aksaraydakı fabrikin fəaliyyəti dayandırılıb və müəssisənin qapıları bağlanıb.
Bildirilir ki, fabrikdəki maşınlar və xammal yerində saxlanılıb, şirkət isə Misirdəki istehsalda hər hansı bir problem yaranarsa, Aksaraydakı fabriki yenidən fəaliyyətə gətirə biləcəyini açıqlayıb.
Bölgə iqtisadiyyatı üçün ciddi itki
Təxminən 1 500 nəfərin işsiz qalması Aksarayda böyük rezonans doğurub və bölgə iqtisadiyyatı üçün ciddi itki hesab olunur.
Colins şirkətin bu qərarı iqtisadi və strateji amillərlə əlaqədardır. Məqsəd xərcləri azaltmaq və istehsal proseslərini daha səmərəli idarə etməkdir. Misirdəki yeni fabrik, modern istehsal texnologiyaları və daha aşağı işçi xərcləri sayəsində markanın beynəlxalq bazarda rəqabət qabiliyyətini artıracaq. Aksaray fabrikinin bağlanması, Colins-in qlobal strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Ekspertlər bildirir ki, bu addım uzunmüddətli dövrdə markanın maliyyə göstəricilərinə müsbət təsir göstərəcək, lakin təxminən 1 500 işçinin işsiz qalmasının bölgə iqtisadiyyatına təsirlərini nəzərə almaq vacibdir.
Son aylarda Türkiyədə tekstil, səhiyyə, enerji, tikinti və sənaye sektorlarında konkordato (iflas) müraciətləri çoxalıb. Artan əməliyyat xərcləri, yüksək faizlər, valyuta məzənnəsində dalğalanmalar səbəbindən bir çox biznes maliyyə çətinliyinə düşüb.
Kiğılı 6 ay ərzində istehsalın dayanacağı barədə xəbərdarlıq etdi - Türkiyənin geyim sənayesində ciddi böhran
Türkiyənin hazır geyim sektoru tarixin ən çətin dövrünü yaşayır. Abdullah Kiğılı 6 ay ərzində istehsalın dayanacağını və fabriklərin bağlana biləcəyi barədə xəbərdarlıq edib.
Türkiyədə hazır geyim sənayesi ciddi böhranla üzləşib. Konkordato (müflis olmaqdan əvvəlki mərhələ) və iflaslar, istehsalın xaricə köçməsi və pərakəndə satışlarda durğunluq sektoru tarixin ən ağır vəziyyətinə gətirib çıxarıb. "Artaş Holding" tərəfindən təşkil olunan tədbirdə iştirak edən sənaye liderləri vəziyyətin ciddiliyinə dair xəbərdarlıqlar ediblər.
"İstehsal dayanacaq, fabriklər bağlanacaq"
"Kiğılı" brendinin sahibi Abdullah Kiğılı, “6 ay sonra istehsal dayanacaq, məhsul tapa bilməyəcəyik” sözləri ilə hazır geyim sektorundakı böhranın dərinliyini ortaya qoyub. Kiğılı, eyni zamanda, dövlətin hazır geyim və tekstil sənayesini artıq strateji sahə kimi görmədiyini bildirib.
Tarixin ən çətin mərhələsi
Son aylarda baş verən konkordato və iflaslar, istehsalın xaricə köçməsi və yüksək xərclər hazır geyim və pərakəndə sektorunu tarixinin ən çətin mərhələsinə gətirib. Abdullah Kiğılı-nın xəbərdarlığı, Türkiyədə milyonlarla insana iş imkanı yaradan hazır geyim sənayesinin gələcəyi ilə bağlı narahatlıqları daha da dərinləşdirir. Sektor nümayəndələri isə təcili tədbirlərin görülməsinə çağırış ediblər.
Tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
Türkiyədə sosial təminat qurumu (SGK) tərəfindən açıqlanan iyul ayı məlumatlarına görə, ölkədə özəl sektor statusunda çalışan 16 milyon 981 min nəfərin orta aylıq əməkhaqqı 49 304 lirədir. Dövlət müəssisələrində işləyən işçilərin orta maaşı 59 628 TL, özəl sektorda isə 47 874 TL təşkil edir.
Tekstil sektorunda 362 min nəfər çalışır və bu sahədə orta maaş 43 596 TL-dir. Geyim sektorunda isə 540 min işçi çalışır və onların orta maaşı 31 907 TL-dir.
Ancaq qeyd edək ki, üç il əvvəl geyim sektorunda çalışanların sayı 723 min nəfər idi, indi isə bu rəqəm 540 min nəfərə düşüb (İyul 2023 – İyul 2025 arası). Təkcə geyim sektoru deyil, tekstil sektoru da ciddi itki ilə üzləşib. Üç il əvvəl bu iki sektor birlikdə 1 milyon 220 min nəfəri məşğul edirdi, hazırda isə bu sektorlarda 903 min nəfər işləyir.
Beləliklə, son üç ildə ümumilikdə 316 min nəfər tekstil və geyim sahəsində işini itirib. Bunun 183 mini geyim, 133 mini isə tekstil sektorundan olub.
Eyni dövrdə iş yeri sayı 61 984-dən 55 672-yə düşüb — yəni 6312 müəssisə bağlanıb.
Əlavə maraqlı bir detal: hazırda tekstil-geyim sektorunda bir müəssisədə orta hesabla 16 işçi çalışır. Üç il əvvəl isə bu rəqəm 20 nəfər idi.
Deməli, bağlanan müəssisələr əsasən kiçik deyil, böyük müəssisələr olub — yəni, sektoru tərk edənlər əsasən iri istehsalçılardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 24 d. əvvəl
- 44 d. əvvəl
-
55 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!










.jpg)







.jpg)


