Coca-Cola-nın 3-cü rüb gəliri proqnozları üstələyib
Coca-Cola, qazlı içkilərə olan tələbin artması sayəsində üçüncü rübdə gözləntilərdən yüksək gəlir əldə edib. Şirkətin gəliri 5% artaraq 12,5 milyard dollara yüksəlib. Coca-Cola-nın üçüncü rüb nəticələri, ABŞ-da şəkərsiz içkilərinə və Fairlife məhsullarına, həmçinin bəzi beynəlxalq bazarlarda qazlı içkilərinə olan davamlı tələbin təsiri ilə, dünya üzrə istehlakçıların ehtiyatlı xərcləməsinə baxmayaraq, Wall Street gözləntilərini üstələyib.
Marja xəbər verir ki, dünyanın ən böyük içki istehsalçısı olan Coca-Cola-nın üçüncü rüb üzrə gəliri 5% artımla 12,46 milyard dollar təşkil edib. Analitiklər isə şirkətin 12,39 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırırdılar.
Üçüncü rübdə EMEA (Avropa, Yaxın Şərq, Afrika) seqmentində satış həcmi artıb, Latın Amerikası və Şimali Amerikada sabit qalıb, Asiya-Sakit Okean regionunda isə təxminən 1% azalıb.
Şirkətin bir səhminə düşən mənfəəti 0,82 dollar olub ki, bu da 0,78 dollarlıq proqnozu üstələyib.
Coca-Cola illik düzəliş edilmiş orqanik gəlir (əsas əməliyyatdan gəlir) proqnozunu 6% səviyyəsində saxlayıb. Bazar proqnozu isə 5,3% səviyyəsində idi.
Şirkətin İcraçı Direktor James Quincey-nin çətin iqtisadi mühiti qeyd edib. Şirkətin rəhbərliyi Hindistan və Çin kimi bazarlarda artan yerli rəqabətin çətinliklər yaratdığını bildiriblər.
Coca-Cola şirkətinin səhmləri, sərinləşdirici içkilər nəhənginin üçüncü rüb üzrə gəlir və mənfəətinin proqnozları üstələdiyindən, hətta ümumi əməliyyat mühitini "çətin" kimi təsvir etməsindən sonra 2,5% dəyər qazanıb.
Orqanik gəlir (organic revenue) bir şirkətin əsas əməliyyat fəaliyyətindən əldə etdiyi gəliri ifadə edir və xarici təsirlərdən, yəni satınalmalar, birləşmələr, valyuta dəyişiklikləri və ya digər qeyri-adi gəlir mənbələrindən təsirlənmədən hesablanır. Sadə dillə desək: Orqanik gəlir, şirkətin öz əsas işi ilə yaratdığı gəlirdir. Məsələn, Coca-Cola üçün bu, qazlı və şəkərsiz içkilərin satışından əldə olunan gəlirdir, amma başqa şirkətlərin alınması və ya bir dəfəlik gəlirlər daxil deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 27 d. əvvəl
-
-
43 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)












.jpg)


