Ticarət gərginliyinin azalması ilə qızıl ucuzlaşmaqda davam edir
ABŞ və Çin arasında ticarət gərginliyinin azalması nəticəsində "təhlükəsiz liman" aktivlərinə tələbin zəifləməsi fonunda qızıl qiymətləri düşməkdə davam edib. Qlobal bazarlar bu həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faizlərini daha da aşağı salacağını gözləyir.ABŞ-la Çin arasında ticarət sazişi istiqamətində əldə edilən irəliləyişlər təhlükəsiz aktivlərə tələbi azaltdığı üçün qızılın qiymətində avqust ayının ortalarından bəri ilk həftəlik ucuzlaşma qeydə alınıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızılın unsiya üzrə qiyməti 1,3 faizədək düşərək təxminən 4058 dollar səviyyəsinə enib.
ABŞ Prezidenti Donald Trampın Asiya səfəri çərçivəsində apardığı diplomatik təmaslar iki ölkənin əhatəli razılaşmaya yaxınlaşdığını göstərib. Belə bir razılaşma, qızıla olan tələbi artıran iqtisadi risklər və geosiyasi gərginlikləri azalda bilər.
Keçən həftə qızılın qiyməti rekord səviyyəyə – 4 380 dollar/unsiya səviyyəsinə çatmışdı.
Bununla belə, qızıl bu il ərzində təxminən 55 faiz bahalaşma göstərib.
Analitiklər bildirir ki, artıq daha əsaslı və məntiqli bir bazar şəraitinə qayıdırıq. ABŞ-Çin ticarət danışıqlarındakı bu irəliləyiş, gözləniləndən daha müsbət reaksiya doğurub.
Bu həftə bir sıra mərkəzi banklardan mühüm açıqlamalar gözlənilir – FED, Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Bankı qərarlarını elan edəcək. FED-in 25 baza bəndi həcmində faiz endirimi etməsi, AMB və Yaponiya Bankının isə faizlərini sabit saxlaması proqnozlaşdırılır. Daha aşağı borclanma xərcləri, faiz gəliri gətirməyən qızıla adətən müsbət təsir göstərir.
XXX
Qızıl qiymətlərinin azalması, ABŞ və Çin nümayəndələrinin Malayziyada keçirilən ASEAN toplantıları çərçivəsində ilkin ticarət razılaşması üzərində razılığa gəlməsindən sonra sürətlənib. Bu razılaşmanın, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpinin bu həftə Cənubi Koreyada keçiriləcək görüşündə yekunlaşdırılması gözlənilir. Görüşdə ticarət "atəşkəsinin" uzadılması və daha genişmiqyaslı sazişin əsaslarının qoyulması planlaşdırılır.
“100%-lik gömrük rüsumu təhlükəsi aradan qalxıb, eləcə də Çin tərəfindən qlobal ixrac nəzarəti rejimi tətbiq olunması riski də azalıb,” – deyə ABŞ Xəzinədarlıq rəsmisi Skott Bessent bildirib. Onun sözlərinə görə, bu, yeni ticarət eskalasiyası riskinin azaldığını göstərir.
Bu proseslər riskli aktivlərə marağı artıraraq qızılın “təhlükəsiz liman” statusuna tələbi zəiflədib.
Bunula belə, qızılın qiymət itkisi FED-in oktyabrın 29-da keçiriləcək iclasında faiz dərəcələrini endirəcəyi gözləntiləri ilə məhdudlaşıb.
Keçən həftə açıqlanan ABŞ istehlak qiymətləri indeksi (CPI) gözləntilərdən zəif olub və bu da 25 baza bəndi həcmində faiz azaldılması ehtimallarını gücləndirib. İnvestorlar indi ilin sonuna qədər əlavə yumşalma siyasəti barədə siqnalları izləyirlər.
Faiz dərəcələrinin azalması, gəlir gətirməyən aktivlərin (məsələn, qızılın) saxlanılması xərclərini azaldır və ABŞ dollarına təzyiq göstərərək digər valyutalarla müqayisədə qızılı nisbətən ucuzlaşdırır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 34 d. əvvəl
-
- 39 d. əvvəl
-
49 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
58 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 12 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Naxçıvanda 1- 9 nömrəli şəhərdaxili və Bakının 142 nömrəli şəhərətrafı avtobus marşrutu bu şəxslərə verildi
Azərbaycan neftinin son qiyməti - 2 dollardan çox bahalaşıb
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
Nazirlikdə dövlət borcu yığıncağı
Ən çox oxunanlar
BOKT investorlara illik 18% gəlir təklif edir
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib





















