Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
(®) “Kristal”ın Sumqayıt şəhərində inşa edilən “Sahil Park Sumqayıt” və “Yeni Sumqayıt” layihələrində mənzil satışları davam edir. Hər iki layihə müasir memarlığı, keyfiyyəti və sərfəli satış şərtləri ilə seçilir.
“Yeni Sumqayıt”la yeni həyata addım at!

“Kristal”ın Sumqayıtda inşa etdiyi “Yeni Sumqayıt” yaşayış kompleksi, şəhərin girişində, Sülh küçəsində yerləşir. Bu layihə daha çox əlçatan qiymətləri və qısa müddətdə təhvil veriləcək tam təmirli mənzilləri ilə fərqlənir.
Kompleksdə 35,08 kv.m-dən 86,06 kv.m-ə qədər studiya olmaqla, 1, 2 və 3 otaqlı mənzillər satışdadır. Bu mənzillərə 20% ilkin ödəniş və aylıq 423 ₼-dan başlayan qiymətlərlə sahib olmaq mümkündür! Layihədə qısamüddətli ödəniş istəyənlər üçün isə 36 ayadək daxili kredit imkanı təqdim olunur.

Layihə ərazisində uşaq əyləncə zonaları, geniş yaşıllıqlar, çoxillik ağaclardan ibarət parklar və istirahət zonaları nəzərdə tutulub. Mənzillər tam təmirli, keyfiyyətli materiallarla, tam kommunal təminatla təhvil veriləcək.
Mənzil sahibi olmaq istəyənlər layihələrin satış ofisinə yaxınlaşaraq tikinti ərazisi ilə tanış ola, 15%-dən başlayan ilkin ödəniş imkanlarını hesablada, fərdi təkliflərlə tanış ola və bütün suallarına cavab tapa bilərlər.

Dənizkənarında müasir yaşam: “Sahil Park Sumqayıt”
Sumqayıt bulvarında, Dənizkənarı Parkda, "Göyərçin" heykəlinin yaxınlığında yerləşən “Sahil Park Sumqayıt” yaşayış kompleksi şəhərin ən perspektivli layihələrindən biri hesab olunur. Kompleksin ilk üç mərhələsi artıq tam təhvil verilib, hazırda layihənin dördüncü mərhələsi üzrə tikinti işləri davam edir və mənzillərin satışı aktiv şəkildə həyata keçirilir.

Layihə çərçivəsində 48,9 kv.m-dən 152,39 kv.m-ə qədər, studiya olmaqla, 2, 3, 4 otaqlı, müxtəlif planlı mənzillər təqdim olunur. Mənzillər 16 871 manatdan başlayan ilkin ödənişlə, 20 ilədək ipoteka ilə satışdadır. 36 ayadək daxili kredit imkanı da mövcuddur.
Müasir memarlıq üslubunda inşa edilən kompleks möhtəşəm fasadı, geniş həyəti, uşaqlar üçün oyun zonaları, özəl məktəb, yaxınlığındakı restoran və iaşə obyektləri ilə sakinlərin gündəlik həyat ehtiyaclarını tam şəkildə təmin etməyi hədəfləyir. Bununla yanaşı, layihədə geniş və təhlükəsiz avtodayanacaq da nəzərdə tutulub. Mənzillər tam təmirli və bütün kommunal xidmətlərlə təchiz olunmuş vəziyyətdə təhvil veriləcək.

Alıcılar “Sahil Park Sumqayıt”ın satış ofisinə yaxınlaşaraq tikinti ərazisini yerində görmək, fərdi təkliflərlə tanış olmaq və öz büdcəsinə uyğun ödəniş planı seçmək imkanına malikdirlər.
Sahil Park: Sumqayıt Dənizkənarı Park, Göyərçin heykəlinin yanı
Yeni Sumqayıt: Sumqayıt şəhəri, Sülh küçəsi.
Əlaqə: *1544
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















