Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
(®) 8 Noyabr – Zəfər Günü xalqımızın şərəf və qürur günüdür.
Bu gün Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin əvəzolunmaz qəhrəmanlığını bir daha xatırladır. Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” adlı xeyriyyə aksiyasına start verir.
Aksiya 31 oktyabr – 8 noyabr 2025-ci il tarixlərində həyata keçiriləcək. Fond bütün vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir. “Zəfər Payı” aksiyasına ianə etmək üçün redhearts.az veb-saytında “İanə et” bölməsindən, Birbank mobil tətbiqi vasitəsilə və ya vizualda təqdim olunan QR kodu skan edərək dəstək olmaq mümkündür.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
2 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 14 d. əvvəl
- 16 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















