Sahibkarlara 10 milyon manatadək güzəştli kredit imkanı təqdim edilir
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) ilə əməkdaşlıq çərçivəsində sahibkarlar üçün yeni güzəştli maliyyələşmə proqramına start verib.
Proqramın məqsədi yerli sahibkarlığın dayanıqlı inkişafını dəstəkləmək, rəqabət qabiliyyətini gücləndirmək, yeni texnologiyaların tətbiqini təşviq etmək və istehsal sahələrinin genişləndirilməsi üçün əlçatan maliyyə imkanları yaratmaqdır.
ABİF-in zəmanət və subsidiya mexanizmləri sayəsində sahibkarlar əlavə təminat və ya yüksək faiz yükü olmadan öz bizneslərini aşağıdakı şərtlərlə maliyyələşdirə biləcəklər:
- Məbləğ: 10 000 000 AZN-dək
- Müddət: 120 ayadək
- İllik faiz dərəcəsi: 5%-dən başlayaraq
Kreditə müraciət prosesi tam onlayn şəkildə həyata keçirilir, bu da sahibkarlar üçün vaxt itkisinin qarşısını alır və prosesi daha çevik edir.
Ətraflı məlumat və müraciət üçün bu linkə keçid edin.
Sahibkarlığın inkişafına verdiyi davamlı dəstəyə görə PAŞA Bank 2024-cü ildə nüfuzlu “Euromoney” jurnalı tərəfindən “Ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülüb. Bu mükafatlar bankın real sektora yönəlik uzunmüddətli strateji yanaşmasının və biznes ekosisteminin inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
11 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















