Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan sənaye parklarının idxal etdiyi və satdığı avtobusları ƏDV-dən azad edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda sənaye parklarının idxal etdiyi və satdığı avtobuslar əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Reklam_3_11

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) verdiyi təsdiqedici sənədə əsasən sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobusların idxalının və sənaye parklarının rezidentləri tərəfindən idxal edilmiş həmin avtobusların oturacağı, tutacağı və monitoru quraşdırılmaqla satışının 2026-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Bundan başqa, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycanın ərazisində istehsal olunan minik avtomobillərinin satışının – 2027-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi planlaşdırılır.

Həmçinin ölkə ərazisində istehsal olunan avtobusların və yük avtomobillərinin satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların və yük avtomobillərinin ehtiyat hissələrinin idxalının –avtobuslara münasibətdə 2025-ci il yanvarın 1-dən 8 il müddətinə, yük avtomobillərinə münasibətdə isə 2026-cı il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

İş elanları AzVak.az-da

Azərbaycanda sənaye parkları sənaye parklarının rezidentləri avtobusların idxalı elektrik avtobuslar ƏDV azadolması əlavə dəyər vergisi vergi məcəlləsi vergi dəyişiklikləri sənaye istehsalı avtobus yığımı yerli istehsal minik avtomobillərinin istehsalı yük avtomobilləri avtobus istehsalı avtomobil sənayesi sənaye parklarında istehsal vergi güzəştləri iqtisadi islahatlar 2026 büdcə zərfi dövlət dəstəyi sənaye siyasəti avtomobil ehtiyat hissələri daxili istehsal azərbaycan iqtisadiyyatı
06.11.2025 11:59
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18