Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
Dünyanın konteyner daşımaları üzrə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company” (MSC) Qafqaz regionunda - Azərbaycanda ilk ofisini açıb.
Artıq şirkətin Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə də təyinat olub. Belə ki, bu vəzifənin icrası Hüseyn Ramazanova həvalə olunub.
“Qafqaz regionunda əsas logistika iştirakçısı olaraq, MSC-nin 15 ildən artıq fəaliyyət göstərdiyi Azərbaycanda ilk ofisimizi açmaqdan məmnunuq. Yeni ofis bu mühüm regionda mövqeyimizi gücləndirməyə, müştərilər, biznes tərəfdaşlar və yerli qurumlarla daha səmərəli əməkdaşlığa şərait yaratmağa kömək edəcək”, - deyə Hüseyn Ramazanov bildirib.
Son illərdə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Regionda cəlbedici biznes artımına cavab olaraq, MSC kimi beynəlxalq şirkətlər üçün daşımaları optimallaşdırmaq və tranzit müddətlərini azaltmaq ciddi üstünlüklər yaradır. Bu gün Azərbaycan Orta Dəhlizin əsas strateji mərkəzlərindən biridir. MSC-nin regiondakı mövcudluğu bu marşrutun rəqabət qabiliyyətini daha da gücləndirəcək. Həmçinin Azərbaycanın tranzit xidmətlərini rəqəmsallaşdırmaq və gömrük proseslərini sadələşdirmək istiqamətində atdığı addımlar beynəlxalq daşıyıcıların marağını daha da artırıb.
Qeyd edək ki, MSC İsveçrənin Cenevrə şəhərində yerləşən – nəqliyyat və logistika sahəsində qlobal liderdir. Azərbaycanda və MDB bazarında 20 ildən artıq logistika təcrübəsinə malikdir. Dünyanın aparıcı konteyner daşıma şirkətlərindən biri olan MSC 155 ölkədə 675 ofisə və təxminən 200 min əməkdaşa sahibdir. Şirkət qlobal miqyasda yol, dəmir yolu, hava və dəniz nəqliyyatı resurslarından ibarət inteqrasiya olunmuş şəbəkəyə çıxış imkanına malikdir. MSC-nin gəmiçilik xətti 300-dən çox ticarət marşrutu üzrə hərəkət edir və 520-dən artıq limana yan alır. İndiyə qədər Azərbaycana MSC Gürcüstan tərəfindən xidmət göstərilib.
Xatırladaq ki, bu ilin sentyabr ayında SOCAR ilə MSC arasında strateji əməkdaşlığa dair saziş imzalanıb. Tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəfləyirlər. Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)
