Azərbaycan iqtisadiyyatı 2025–2027-ci illərdə orta hesabla 2,4 % artacaq
"Fitch Group"a daxil olan "Fitch Solutions" (FS) beynəlxalq analitik şirkəti 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə isə 2,3 % təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə "Fitch Solutions" istinadən xəbər verilir.
Beləliklə, 2025-2027-ci illərdə ölkə üzrə ÜDM-in orta illik artımı 2,43 % səviyyəsində proqnozlaşdırılır.
"Biz Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,4 % artacağını gözləyirik. İqtisadi fəaliyyətin əhəmiyyətli hissəsi neft-qaz sektoru ilə bağlı olduğuna görə (2025-ci ilin iyun ayına olan məlumata görə, onun payı ÜDM-in 38,5 %-ni təşkil edib), proqnozlaşdırılan yavaşlama dünyada neftin ucuzlaşması fonunda sahənin gəlirlərinin azalmasını əks etdirir.
Neft və qaz bazarını araşdıran komandamız 2025-ci ildə neft qiymətlərinin illik ifadədə 15 % azalacağını gözləyir. Eyni zamanda, 2026-2027-ci illər üçün qiymət proqnozlarında risklər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi səbəbindən artıma doğru meyillidir ki, bu da qlobal neft tədarükünün bir hissəsinə təsir göstərə bilər", - proqnozda deyilir.
FS-in gözləntilərinə görə, Azərbaycanda iqtisadi artım 2028-ci ildə 2,9 %, 2029-cu ildə 3,6 %, 2030-cu ildə 2,8 %, 2031-ci ildə 2,5 %, 2032-ci ildə 2,4 %, 2033-2034-cü illərdə isə hər il 3 % təşkil edəcək.
Proqnozlara görə, cari ilin sonuna nominal ÜDM 102,4 milyard ABŞ dollarına, gələn il 110,5 milyard dollara, 2027-ci ildə 115,6 milyard dollara, 2028-ci ildə 121 milyard dollara, 2029-cu ildə 130,8 milyard dollara, 2030-cu ildə 141,5 milyard dollara, 2031-ci ildə 152,1 milyard dollara, 2032-ci ildə 163,3 milyard dollara, 2033-cü ildə 175,1 milyard dollara, 2034-cü ildə isə 187,5 milyard dollara çatacaq.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in 3 %, 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 % artacağı gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 %, "Fitch Ratings" 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, "Moody's" isə ildə 2,5 % səviyyəsində artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % artım proqnozlaşdırır.
Asiya İnkişaf Bankı növbəti iki ildə Azərbaycanda iqtisadi artımı 2,4 % və 2 %, Dünya Bankı 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə isə 2 % səviyyəsində gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-oktyabr aylarında isə 1,3 % artıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 d. əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
35 d. əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
-
1 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq























