Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin son faiz qərarını açıqladı
Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri 0.25 faiz bəndi azaldılıb. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması,qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5.9% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.5% təşkil edib. İllik baza inflyasiya 5% olub. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
Cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları və ya ÜDM-in 5.4%-i məbləğində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisitindən irəli gəlib. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən ilə nəzərən müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi bank sistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.94% olub. Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar baş verib. Ötən iclasdan sonra depozit və kredit faizlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.
Baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.
Ötən iclasdan bəri inflyasiya riskləri balansında baş verən dəyişikliklərin təhlili artırıcı risklərin nisbətən səngidiyini göstərir. Bununla belə, geosiyasi gərginliklər və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri hələ də yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu risk ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikasından asılı olacaqdır. Daxili risk faktorları isə əsasən təklif – xərc amilləri hesabına formalaşmaqdadır. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artım tempinin səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.
Bu qərar 11 dekabr 2025-ci il tarixindən qüvvəyə minir.
Faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların 2026-cı il üzrə ictimaiyyətə açıqlanması qrafiki ilin sonunadək yayımlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 3 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
7 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
-
8 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Ən çox oxunanlar
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti "əriyib" - 1 milyard dollarlıq azalma
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinq olunacaq
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Naxçıvan Ali Məhkəməsinə sədr təyin edildi - SƏRƏNCAM














.jpg)












