Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

2026-cı ildə dövlət büdcəsindən maaşların ödənilməsi üçün 10 milyard manatdan çox xərclənəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
2026-cı ildə dövlət büdcəsindən maaşların ödənilməsi üçün 10 milyard manatdan çox xərclənəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı il üzrə dövlət büdcəsinin xərcləri 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş dövlət büdcəsi xərcləri ilə müqayisədə 296 milyon manat və yaxud 0,7 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz olacaq.

Bu barədə Marja.az-a Maliyyə Nazirliyindən bildirilib.

Cari xərclərin məbləği – 25 milyard 201,6 milyon manat

Cari xərclər hər il təkrarlanan xərclərdir. Misal üçün: əmək haqqı xərcləri və əmək haqqının ödənilməsi ilə bağlı hesablanan ayırmalar, pensiya və başqa sosial müavinətlər və ödə-nişlər, təşkilatın fəaliyyətinin təmin edilməsi üçün kommunal xidmət xərclərinin ödənilmə-si, malların satın alınması və digər xərclər

Əsaslı xərclər – 14 milyard 44,4 milyon manat

Əsaslı xərclər xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) və digər tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi ilə bağlı xərcləri əhatə edir

Dövlət borcuna xidmətlə bağlı xərclər -2 milyard 457,6 milyon manat

2026-cı il dövlət büdcəsinin xərcləri iqtisadi təsnifat üzrə aşağıdakı istiqamətləri əhatə edir:

Əməyin ödənişi xərcləri – 10 milyard 247,3 milyon manat;

Malların (işlərin və xidmətlərin) satın alınması – 7 milyard 75,8 milyon manat;

Faizlər üzrə ödənişlər – 1 milyard 380,6 milyon manat;

Subsidiyaların ödənilməsi – 1 milyard 71,4 milyon manat;

Qrantlar və digər ödənişlər – 3 milyard 308,1 milyon manat;

Sosial ödənişlər – 3 milyard 436,9 milyon manat;

Qeyri-maliyyə aktivlərinin alınması – 13 milyard 861,4 milyon manat;

Maliyyə aktivləri üzrə əməliyyatlar – 183 milyon manat;

Öhdəliklər üzrə əməliyyatlar – 1 milyard 77 milyon manat;

Dövlət icbari şəxsi sığorta xərcləri – 62,1 milyon manat.

Azərbaycan dövlət büdcəsi 2026 dövlət büdcəsi xərcləri 2026 büdcə xərcləri büdcə xərclərinin ÜDM-də payı Maliyyə Nazirliyi açıqlaması Marja az büdcə xəbərləri cari xərclər dövlət büdcəsi əsaslı xərclər Azərbaycan dövlət investisiya xərcləri işğaldan azad edilmiş ərazilərin bərpası Qarabağ bərpa xərcləri dövlət borcuna xidmət xərcləri faiz ödənişləri büdcə əməyin ödənişi xərcləri əmək haqqı büdcə xərcləri sosial ödənişlər dövlət büdcəsi pensiya və sosial müavinətlər subsidiya xərcləri qrant ödənişləri
05.01.2026 19:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18