970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır

İsveçrənin qida və içki şirkəti Nestle, 50-dən çox ölkədə bəzi uşaq qidası məhsullarını “qida zəhərlənməsinə səbəb ola biləcək toksin (zəhərli maddələr) ehtiva edə biləcəyi” narahatlığı ilə geri çağırıb. Almaniyada İstehlakçıların Müdafiəsi Təşkilatı Foodwatch isə Nestle-ni “məsuliyyətsiz davranmaqda” ittiham edib. Qalmaqalla bağlı bir çox sualın cavabsız qaldığı qeyd olunan açıqlamada Nestle-dən “tam şəffaflıq” tələb edilib. Təşkilat bəyan edib ki, ciddi pozuntular zamanı sanksiyalar və cərimələr şirkətlərə maliyyə baxımından həqiqətən zərər verməlidir. İndiyədək qida şirkətləri çox vaxt cəzasız qalır və ya kiçik xəbərdarlıqlar və nisbətən aşağı cərimələrlə bu vəziyyətdən xilas olurlar
iç səhifə xəbər başlığı altı (mobil)_31
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

KitKat və Nescafe məhsullarının istehsalçısı olan Nestle şirkəti, uşaq qidası məhsullarının müəyyən partiyaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlayıb.

Marja.az xəbər verir ki, sözügedən məhsullarla əlaqəli hər hansı xəstəlik halı bildirilməsə də, qida şirkəti 50-dən çox ölkədə “tədbir məqsədilə” məhsulları geri çağırdığını açıqlayıb.

Reklam_3_11

Nestle valideynləri “müəyyən partiyalara aid məhsullardan istifadəni dayandıraraq mağazalara qaytarmaları” barədə xəbərdar edib, Çin və Avstraliya kimi bəzi ölkələrdə isə çirklənmə ehtimalı olan uşaq qidaları ilə bağlı sağlamlıq xəbərdarlıqları yayımlanıb.

Məhsullar və ölkələr 

Çirklənmiş məhsullar arasında tanınmış Beba markası ilə yanaşı, Alfamino kimi xüsusi məhsullar da yer alır.

Türkiyə, Böyük Britaniya, Avstriya və Almaniya da sözügedən məhsulların geri çağırıldığı ölkələr sırasındadır. ABŞ və ya Kanada üçün isə hələlik hər hansı geri çağırma aparılmaması diqqət çəkir.

İstehlakçı təşkilatı Nestle-ni tənqid edir

Almaniyada İstehlakçıların Müdafiəsi Təşkilatı Foodwatch, Nestle-ni “məsuliyyətsiz davranmaqda” ittiham edib.

Foodwatch-un açıqlamasında, Nestle-nin ən azı 2025-ci ilin dekabr ayının əvvəlindən uşaq qidası məhsullarındakı çirklənmədən xəbərdar olduğu iddia edilib.

İş elanları AzVak.az-da

Qalmaqalla bağlı bir çox sualın cavabsız qaldığı vurğulanan açıqlamada Nestle-dən “tam şəffaflıq” tələb olunub.

Açıqlamada çirklənmənin nə vaxt başladığı və hansı istehsal müəssisələrində baş verdiyi barədə sualların cavabsız qaldığı vurğulanaraq bildirilir. Fransa da daxil olmaqla digər Avropa ölkələri, eyni toksin olan sereulid çirklənməsi səbəbindən həftələr əvvəl Nestle uşaq qidalarını geri çağırmışdı.

Foodwatch, Nestle-nin niyə yalnız yanvar ayının əvvəlində Almaniyada ictimai geriçağırma prosesinə başladığını tamamilə anlaşılmaz hesab edir.

Dünya üzrə satılan bu məhsulların körpələrə verilməsinin təhlükəsiz olmadığı qeyd olunan xəbərdarlıqlarda, məhsullarda qəbul edildiyi zaman körpələrdə qusma və ishala səbəb ola bilən toksin (sereulid) ola biləcəyi bildirilib.

Foodwatch təxmin edir ki, təxminən 60 ölkə və Nestle-yə məxsus 10-dan çox zavoddan olan 800-dən artıq məhsul geri çağırmadan təsirlənib.

Təşkilat bəzi hallarda Nestle və aidiyyəti qurumların problemlər barədə məlumat verilməzdən əvvəl həftələrlə gözlədiyini iddia edib.

“Şəffaflıq və sanksiya şərtdir”

Foodwatch rəhbərlərindən Alina Nitsche mövzu ilə bağlı dəyərləndirməsində hər bir qida qalmaqalında istehlakçıların çox gec və qeyri-kafi şəkildə məlumatlandırıldığını bildirərək deyib:

“Cavabdeh şirkətlər demək olar ki, heç bir nəticə ilə üzləşmirlər. Şirkətlər və qida təhlükəsizliyi qurumları üçün açıq məlumat vermə öhdəliyi zəruridir. Ciddi pozuntular zamanı sanksiyalar və cərimələr şirkətlərə maliyyə baxımından həqiqətən zərər verməlidir. İndiyədək qida şirkətləri çox vaxt cəzasız qalır və ya kiçik xəbərdarlıqlar və nisbətən aşağı cərimələrlə bu vəziyyətdən xilas olurlar.”

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Nestle uşaq qidası xəbərdarlığı Nestle məhsul geri çağırılması uşaq qidası təhlükəsizliyi Nestle sağlamlıq xəbərdarlığı Beba uşaq qidası geri çağırma Alfamino məhsulları sereulid toksini uşaq qidasında çirklənmə qida qalmaqalı Nestle Foodwatch Nestle tənqidi istehlakçı hüquqları qida təhlükəsizliyi Avropada uşaq qidası geri çağırılması Türkiyədə Nestle məhsulları Almaniyada Nestle qalmaqalı körpə qidası sağlamlıq riski qida təhlükəsizliyi xəbərdarlıqları Nestle beynəlxalq geri çağırma uşaq qidası qusma ishal riski qida şirkətlərində şəffaflıq qida təhlükəsizliyi sanksiyaları
09.01.2026 09:01

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18