ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
"Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) müqavilə sahəsində 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqatın aparılması planlaşdırılır.
Bunu BP şirkətinin seysmik tədqiqat qrupunun nümayəndəsi Pərviz Əlizadə "Əşrəfi-Dan Ulduzu-Aypara" layihəsi üzrə seysmik tədqiqat proqramına aid ictimaiyyət üçün onlayn görüşdə bildirib.
Onun sözlərinə görə, ADUA müqavilə sahəsində 2D yüksək dəqiqlikli (HR) seysmik tədqiqatın aparılması planlaşdırılır: "Tədqiqat qısamüddətli olacaq (20 günədək davam edəcəyi gözlənilir) və ADUA müqavilə sahəsinin şimal-qərb hissəsində yerləşən kiçik bir tədqiqat ərazisini əhatə edəcək. Tədqiqatın 2026-cı ilin mart-aprel ayları arasında aparılması planlaşdırılır. Tədqiqatın məqsədi, gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək məqsədilə təxminən 1500 metr dərinliyədək yeraltı qatlar haqqında ətraflı məlumatın əldə edilməsi, o cümlədən yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsi nəzərdə tutulur".
P. Əlizadə əlavə edib ki, tədqiqat sahəsində suyun dərinliyi təqribən 20-40 metr arasındadır: "Enerji mənbəyi kimi vahid 4 x 40 kub düymlük pnevmotoplar qrupundan istifadə olunacaq (247 dB re 1µPa @ 1m). Sərt hidrofon komponentli strimer - 600 metr uzunluğunda olacaq. Tədqiqat zamanı həmçinin SSS, MBES, maqnitometr və SBP avadanlıqlarından istifadə ediləcək. Yalnız bir gəmidən istifadə olunacaq: "Caspian Provider". Tədqiqat gəmisi mövcud yerli dəniz bazasından mobilizasiya ediləcək".
Xatırladaq ki, 2024-cü ilin sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağı və "Əşrəfi - Dan Ulduzu – Aypara" (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.
Birinci blok Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 % iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən "Əşrəfi - Dan Ulduzu - Aypara" (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 %-nə malikdir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
9 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
9 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
17 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)







.jpg)









