Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı

Qızılın unsiyasının qiyməti bazar ertəsi günü5 min dollar səviyyəsini aşaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Gümüşün qiyməti isə 5 faiz artaraq 108,60 dollarla yeni rekord müəyyən edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Artan geosiyasi qeyri-müəyyənliklər və ABŞ administrasiyasına etimadın azalması fonunda bazar ertəsi günü qızılın unsiyasının qiyməti 5 min dollar səviyyəsini aşaraq tarixi ən yüksək səviyyəsini görüb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-da spot qızıl qiyməti (anlıq qiymət) 2 faizə yaxın artımla 5093 dollara qədər yüksəlib. Fevral ayı üzrə ABŞ qızıl fyuçersləri də 1,79 faiz artaraq 5068,70 dollar səviyyəsinə qalxıb.

Qızıl qiymətləri 2025-ci ildə 64 faiz artıb. Bu yüksəliş təhlükəsiz liman tələbinin güclənməsi, ABŞ-da pul siyasətinin yumşaldılması, mərkəzi bankların güclü alışları və birja ticarət fondlarına (ETF) rekord səviyyədə vəsait axını ilə dəstəklənib. Çinin dekabr ayında ardıcıl 14-cü ay qızıl alışını davam etdirməsi də rallini "qidalandıran" amillər arasında yer alıb. Qızıl bu il ümumilikdə isə 17 faizdən çox bahalaşıb.

Qızılda son bahalaşmanın əsas səbəbi Tramp administrasiyasının proqnozlaşdırılması çətin qərarları ilə əlaqədar olaraq “ABŞ administrasiyasına və ABŞ aktivlərinə etimad böhranı”dır.

ABŞ Prezidenti Donald Tramp Avropadakı bir sıra müttəfiqlərinə qarşı gömrük rüsumu təhdidlərindən geri addım atsa da, Kanada və Fransaya qarşı yüksək vergi hədələri bazarlardakı qeyri-müəyyənliyi artırıb. Analitiklər qeyd edirlər ki, bu proseslər investorları alternativ təhlükəsiz liman axtarışına yönəldir.

Digər tərəfdən, Yaponiya yeninin bahalaşması ilə dollar qlobal miqyasda dəyər itirərkən, investorlar bu həftə keçiriləcək FED iclası ərəfəsində dollar mövqelərini azaltmağa başlayıblar. Zəifləyən dollar qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edir.

Mütəxəssislər qızılın qiymətində yüksəlişin davam edə biləcəyini bildirirlər. Proqnozlar yaxın gələcəkdə qızılın qiymətinin təxminən 5500 dollar səviyyəsində çatacağını göstərir. Mümkün mənfəət satışları isə qısamüddətli olacaq.

Qiymətli metallarda yüksəliş yalnız qızıl ilə məhdudlaşmayıb. Gümüş 4,57 faiz bahalaşaraq qiyməti 108,60 dollarla rekord müəyyən edib. Platinin qiyməti 3,26 faiz artaraq 2857,41 dollara, palladiumum qiyməti isə 3,2 faiz qalxaraq 2074,40 dollara çatıb. Gümüşün qiyməti ötən cümə günü ilk dəfə 100 dollar səviyyəsini keçib.

İş elanları AzVak.az-da

qızıl qiyməti qızıl unsiyası 5000 dollar qızıl tarixi rekord spot qızıl qiyməti qızıl fyuçersləri qızıl bazarı 2025 geosiyasi qeyri-müəyyənlik təhlükəsiz liman aktivləri ABŞ administrasiyasına etimad böhranı Donald Tramp siyasəti ABŞ gömrük rüsumları FED iclası dolların zəifləməsi mərkəzi bankların qızıl alışları Çin qızıl ehtiyatları qızıl ETF-ləri qızıl qiymət proqnozu qızıl 5500 dollar investor davranışları maliyyə bazarları qlobal risklər gümüş qiyməti rekord gümüş 100 dollar platin qiyməti palladium qiyməti qiymətli metallar bazarı inflyasiyadan qorunma alternativ investisiya alətləri
26.01.2026 07:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18