Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
Auditorlar Palatası daha 5 audit şirkətinə müddətli lisenziya verib.
Palatadan bildirilib ki, "FR Advisory" MMC-yə bu il yanvarın 12-dən 2031-ci il yanvarın 12-nə qədər qüvvədə olmaqla AT/363 saylı auditor sertifikatı təqdim edilib. Şirkətin direktoru Yusifov Ruslan Ağasəlim oğludur.
"Audit Group 775" MMC-yə isə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/367 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Əlizadə Elmar Şahin oğludur.
Bundan başqa, "HLB Audit International" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/364 saylı lisenziya təqdim olunub. Şirkətin direktoru Dadaşov Tale Elşad oğludur.
Həmçinin "Smart Audit and Consulting" MMC-yə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/366 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Kərimov Ziyəddin Əliş oğludur.
Eyni zamanda, "Summit Finance Solutions" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/365 saylı lisenziya təqdim edilib. Şirkətin direktoru Məhəmmədzadə Səbuhi Rauf oğludur.
Hazırda ölkədə ümumilikdə 150 auditor təşkilatı fəaliyyət göstərir.
© Yurd.Media
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























