Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
“Bu il dolların zəifləməsi fonunda 1 unsiya qızılın qiymətinin 6000 dollara çatması mümkündür. Alternativ ssenarilərdə qızılın daha da bahalaşması mümkündür, qiymət 6900 dollaradək qalxa bilər ”.Almaniyanın iri maliyyə təşkilatı "Deutsche Bank" bildirir ki, yüksək geosiyasi risklər bu il də qlobal əmtəə bazarları üçün əsas katalizator olaraq qalacaq.
Marja.az xəbər verri ki, Bankın fikrincə, parçalanmış qlobal mühit artıq təchizat zəncirlərini, investisiya davranışını və əsas resurslar üzrə qiymət formalaşmasını yenidən şəkilləndirir.
Bankın analitiki Maykl Hsüeh “struktur olaraq daha yüksək geosiyasi volatillik ehtimalını” qəbul etdiyini qeyd edərək, müstəqil təchizat zəncirlərinə yönəlmənin xərcləri artıracağını və xüsusilə kritik minerallar üzrə qiymətlərin yeni aşağı həddlərini formalaşdıracağını xəbərdar edir.
Analitikin sözlərinə görə, böyük güclər arasında rəqabət və resurs millətçiliyi ehtiyatlı, paralel təchizat şəbəkələrinə ehtiyacı artırır, geosiyasi gərginliklər isə enerji bazarlarında aşağı yönlü riskləri məhdudlaşdırır.
Eyni zamanda, resursların ehtiyat (rezerv) üçün yığılması əsas hərəkətverici amillərdən birinə çevrilir. Çin qızıl və xam neft üzrə strateji ehtiyatlarını artırmaqla əmtəə bazarları üzrə qiymət artımının sürətini gücləndirir. Artan hərbi xərclər də bu tendensiyanı dəstəkləyir. Hsüeh qeyd edir ki, müdafiə xərclərinin yüksəlməsi uzunmüddətli dövlət borcu trayektoriyalarını pisləşdirir və qiymətli metalların dəyər saxlayan aktiv kimi cəlbediciliyini artırır.
Qiymətli metallar daxilində əsas hərəkətverici qüvvə investisiya tələbi olaraq qalır. Qızılın bahalaşması mərkəzi bankların ehtiyat portfellərində qızıla ayırmaları artırması və investorların dollardən kənar və real aktivlərə marağının yüksəlməsi ilə dəstəklənir.
Hsüeh hesab edir ki, “bu il dolların zəifləməsi fonunda qızılın unsiyasının qiymətinin 6 000 dollar səviyyəsinə çatması mümkündür”. O, qiymət artımı potensialını ABŞ dollarının aşağı düşən dəyəri baxımından təzyiqlər, tədiyə balansı meylləri və dəyişən monetar siyasət (faiz endirimləri) ilə əlaqələndirir.
Analitik vurğulayır ki, 2022-ci ildən etibarən mərkəzi bankların qızıl alışları dayanmayıb, ETF-lərə tələbat isə beş il davam edən xalis çıxışlardan sonra 2025-ci ildə yenidən müsbətə dönüb. Qlobal zərgərlik istehlakı isə 2021-ci illə müqayisədə kəskin azalıb və qızıl təklifi son illərdə müşahidə olunan xalis tələbat artımının yalnız təxminən yarısını qarşılayıb.
Alternativ ssenarilərdə qızılın daha da bahalaşması mümkündür. Hsüeh-in sözlərinə görə, son dövrdəki güclü performansın miqyası nəzərə alındıqda qiymət 6900 dollaradək qalxa bilər. Digər tərəfdən, dollarla reqressiya əsasında hesablanan aşağı risk təxminən 3 700 dollar səviyyəsinə işarə edir ki, bu da yalnız ABŞ dollarının gözlənilməz şəkildə güclənməsi (bahalaşması) halında mümkün ola bilər.
Qızıla investisiya axınlarının gümüş və platin qrupuna aid metallara da yayılacağını gözləyir. Geosiyasi təchizat riskləri və ehtiyatların artırılması makroiqtisadi şərait dəyişkən qalsa belə, xam neft qiymətlərinə davamlı dəstək verəcək.
Hsüeh sənaye metalları üçün də möhkəm dəstək görür; xüsusilə mis bazarında da struktur təchizat çatışmazlığının formalaşdığını və elektrikləşməyə tələbin artması fonunda qiymətin yüksək səviyyələrdə qalacağını bildirir. Mis qiymətlərinin ikinci rübdə ton üzrə təxminən 13 000 dollara çatdıqdan sonra ilin sonuna doğru bir qədər zəifləməsi proqnozlaşdırılır.
Analitik Çinin istehsal limitlərinin qlobal təklifi məhdudlaşdırması səbəbindən alüminiumun da daha yüksək qiymət rejiminə keçəcəyini düşünür. Dəmir filizi qiymətlərinin isə yaxın müddətdə ehtiyatların bərpası ilə dəstəklənsə də, ilin ikinci yarısında mümkün artıqlıq riskləri səbəbindən əsasən diapazon daxilində qalacağı gözlənilir.
Qeyd edək ki, dünən qızılın unsiyasının qiyməti 5111 dolları test edib. Növbəti psixoloji mərhələnin 5300 dollara yaxın olduğu təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)








