Qızıl Trampın FED sədri namizədliyindən sonra ucuzlaşmaqda davam edir
Qızıl 5% də ucuzlaşıb. Bu gün qızılın qiyməti 4402 dollara qədər geriləmişdi.ABŞ Prezidenti Donald Trampın Kevin Warsh-ı Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) növbəti sədri vəzifəsinə namizəd göstərməsindən sonra riskli aktivlərdə başlayan satış dalğası fonunda bazar ertəsi qızıl qiymətləri də düşüb, lakin əvvəlki kəskin itkilərin bir hissəsini kompensasiya edib.
Marja xəbər verir ki, qızıl 5% də ucuzlaşaraq unsiyası 4651,79 dollar olub (Bakı vaxtı ilə saat 22:49-a olan qiymət). Daha əvvəl qiymət 4402,38 dollara qədər geriləmişdi.
Ötən həftə qızılın unsiyasının qiyməti təxminən 5600 dollara çatmışdı. Qızıl, qeydə alınan rekord səviyyədən kəskin enərək dəyərinin təxminən 17%-ni itirib.
Warsh-ın namizədliyindən sonra qızılda satış dalğası
Qızıldakı kəskin ucuzlaşmanın əsas səbəbi ABŞ Prezidenti Donald Trampın, Jerome Powell-in səlahiyyət müddəti may ayında başa çatdıqdan sonra, Kevin Warsh-ı FED-in yeni sədri vəzifəsinə namizəd göstərməsi olub.
Bu qərar bazarlar üçün əsas qeyri-müəyyənliklərdən birini aradan qaldıraraq qızılın “təhlükəsiz liman” kimi cazibəsinin azalmasına və rekord səviyyələrə yaxın qiymətlərdə mənfəət realizasiyasına səbəb olub. Eyni zamanda bazarlar Warsh-ın uzunmüddətli perspektivdə daha sərt (şahin) monetar mövqe tuta biləcəyindən də narahatdır.
Keçmiş FED idarə heyəti üzvü olan Warsh, Trampın faiz dərəcələrinin kəskin şəkildə azaldılması çağırışları ilə müəyyən qədər uzlaşsa da, FED-in aktiv alışı proqramlarına skeptik yanaşıb.
ANZ analitikləri qeyd ediblər:
“Warsh bu vəzifə üçün namizədlər arasında inflyasiyaya qarşı ən sərt mövqedə olan şəxs hesab olunur. Bu isə monetar siyasətdə kəskin yumşalmanın ehtimalını azaldır. Nəticədə satış dalğası baş verib və qızıl son dörd onillikdə ən böyük enişlərindən birini yaşayıb.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
-
32 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
33 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
12 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)






