Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Bitcoin-in qiyməti, qlobal bazarları bürüyən genişmiqyaslı riskdən qaçış dalğası ilə əlaqədar olaraq qısa müddətə 72 min dollardan aşağı düşərək təxminən 15 ayın ən aşağı səviyyəsini görüb.
Marja xəbə verir ki, Dünyanın ən böyük kriptovalyutası ötən ilin oktyabr ayında çatdığı zirvədən bəri 42 faizdən çox dəyər itirdiyi ucuzlaşma trendini davam etdirir. Bitcoin-in qiyməti cümə axşamı 71.540 dollara qədər geriləyib. Bu səviyyə Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən sonrakı gün – 6 noyabr 2024-cü ildən bəri müşahidə edilən ən aşağı səviyyədir.
"Monarq Asset Management" şirkətinin idarəedici tərəfdaşı Şilianq Tanq bildirib ki, “Bazar hazırda bir etimad böhranından keçir”. Tanqın sözlərinə görə, enişin əvvəlki mərhələləri kriptovalyutaya xas likvidasiyalardan qaynaqlansa da, çərşənbə günü təzyiq daha geniş aktiv siniflərinə təsir edən stressdən "qidalanır".
ABŞ-də ticarət olunan Bitcoin birja investisiya fondlarına (ETF) pul axınları dəyişkən qalır. Bloomberg məlumatlarına görə, bazar ertəsi təxminən 562 milyon dollarlıq xalis giriş qeydə alınsa da, çərşənbə axşamı investorlar bu fondlardan 272 milyon dollar vəsait çıxarıb.
Bazar stressi dövrlərində Bitcoin-in təhlükəsiz liman rolu ilə bağlı şübhələr artır. Bitcoin bu il təxminən 17 faiz ucuzlaşdığı halda, daha geniş kriptovalyuta bazarının ümumi dəyəri son bir həftədə 460 milyard dollardan çox azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
11 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
11 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
11 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
12 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)









.jpg)




