PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda regional “LEGIS Hüquq Forum”u keçirilir
Forum 1000-ə yaxın hüquq peşəkarını bir araya gətirir.5 fevral 2026-cı il tarixində PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən təşkil edilən, hüquq sahəsində peşəkarları, ekspertləri və texnologiya liderlərini bir araya gətirən “LEGIS Hüquq Forum”u keçirilir.
Sözügedən forum artıq ikinci ildir ki, Bakıda keçirilir və bu silsilə çərçivəsində dövlət rəsmilərini, özəl sektor nümayəndələrini, həmçinin 1000-ə yaxın hüquq peşəkarını bir araya gətirir. Forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin təşkili, əsas qanunvericilik islahatlarını müzakirəsi və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında forumun əhəmiyyətini yüksək dəyərləndirib.
"Biz artıq ikinci ildir ki, LEGİS hüquq forumunu təşkil edirik. Hüquq sahəsi bir çox mənada inkişafın təməl daşıdır. Bu sahə qanunun aliliyini təmin edir, hesabatlılığı təşviq edir və cəmiyyətimizin təməlini təşkil edən hüquq və azadlıqları qoruyur. Bizim məhz bu sahə üzrə bir tədbirin keçirilməsində məqsədimiz həm ölkəmizdə, həm də xaricdə yaşayan, özəl və dövlət sektorlarını, eləcə də akademiyanı təmsil edən hüquq peşəkarlarını bir araya gətirərək, onlar üçün fikir mübadiləsi imkanını yaratmaqdır." - Cəlal Qasımov bildirib.
PAŞA Holding-in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxışı zamanı bildirib:
“2026-cı il üçün planımız cari layihələri davam etdirmək, genişləndirmək və yeni əməkdaşlıqlarla zənginləşdirməkdir. Assosiasiyalar, gənclər təşkilatları və beynəlxalq platformalarla əməkdaşlıqlarımızı artıraraq Azərbaycan hüquq icmasına daha geniş dəstək vermək niyyətindəyik.”
Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov qeyd edib ki, Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində sahibkarların hüquqlarının etibarlı müdafiəsi və biznes mühitinin yaxşılaşdırılması məqsədilə ixtisaslaşmış kommersiya məhkəmələri yaradılıb və bu məhkəmələr biznes etimadının formalaşmasında əhəmiyyətli rol oynayaraq, kommersiya mübahisələrinin daha peşəkar və ixtisaslaşmış qaydada həllinə imkan yaradır. Burada əsas məqsəd məhkəmə təcrübəsində vahid yanaşmanın təmin edilməsi, qərarların hüquqi əsaslandırılmasının gücləndirilməsidir. İnam Kərimov deyib ki, son illər məhkəmə aktlarının sabitliyinin yüksəlməsi bütövlükdə məhkəmə hakimiyyətinə olan inamın artmasına gətirib çıxarıb. Diqqətə çatdırılıb ki, sahibkarlıq fəaliyyətində inzibati hüququn rolu xüsusi əhəmiyyət daşıyır və bu kontekstdə inzibati məhkəmələr vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malikdir. Həmçinin ölkəmizdə arbitraj institutlarının inkişafının kommersiya və mülki mübahisələrin daha operativ və səmərəli həllinə xidmət edəcəyi vurğulanıb.
Qeyd edək ki, tədbir çərçivəsində hüquq sahəsində aktual olan məsələlərə həsr olunmuş bir neçə mühüm müzakirələr də keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
8 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
8 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
8 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib















.jpg)






