Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncənin iqtisadi vəziyyəti üzrə göstəricilər açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncənin iqtisadi vəziyyəti üzrə göstəricilər açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncə Şəhər Statistika İdarəsinin məlumatı

Sənayenin vəziyyəti haqqında

2025-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 616,4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 134,3 milyon manatı, yaxud 21,8 faizi dövlət sektorunun sənaye müəssisələri, 482,1  milyon manatı, yaxud 78,2 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.

Emal sektorunun müəssisələri tərəfindən 478,8 milyon manatı, yaxud 86,6 faizi qeyri-dövlət sektoruna aid olmaqla 552,7 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 116,9 milyon manat qida məhsulları istehsalı, 22,7 milyon manat içki, 271,5 milyon manat metallurgiya sənayesi məhsulları, 73,9 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 67,7 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci ildə 41,7 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 19,2 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Kənd təsərrüfatının vəziyyəti haqqında

2025-ci ilin məhsulu üçün 42,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bunun da 8,0 hektarını dənli və dənli paxlalı bitkilər, 34,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir. 2025-ci ildə tarlalardan 16,7 ton dənli və dənli paxlalı bitkilər, 144,6 ton tərəvəz, 901,2 ton meyvə və giləmeyvə, 411,4 ton üzüm toplanmışdır.                                                                                                                                             

2026-cı ilin yanvar ayının 01-i vəziyyətinə təsərrüfatlarda 688 baş iribuynuzlu mal-qara (ondan 273 baş inək və camış), 1237 baş qoyun və keçi mövcud olmuşdur.

2025-ci il üzrə heyvandarlıq sahəsində 210,0 ton ət diri çəkidə, 671,0 ton süd, 1 milyon 203 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir.

2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5454,4 min manat təşkil etmişdir ki, onun da 3270,0 min manatı bitkiçilik məhsullarının, 2184,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.

Pərakəndə ticarət dövriyyəsi haqqında

2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 654,3 milyon manatlıq, o cümlədən 1 milyard 4,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 649,6 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,8 faiz, ondan ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6,4 faiz artmışdır.

Pərakəndə ticarət dövriyyəsinin 23,5 faizini ticarət müəssisələri, 31,5 faizini bazar və yarmarkalar, 45,0 faizini isə fərdi sahibkarlar tərəfindən satılmış məhsulların həcmi təşkil etmişdir.  

2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 11,0 faiz atmışdır.

Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında

2025-ci ildə əsas kapitala 513,8 milyon manat və ya 2024-cü illə müqayisədə 4,5 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 85,3 faizi dövlət, 14,7 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 394,8 milyon manatı və ya 76,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 2024-cü illə müqayisədə 4,6 dəfə artmışdır.

2025-ci ildə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin dəyəri 41,8 milyon manat təşkil etmişdir. İnşaat işlərinin 64,1 faizi hüquqi şəxslər, 35,9 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Nəqliyyat, infomasiya və rabitə haqqında

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ildə 5,4 milyon ton yük və 107,8 milyon sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması 5,9 faiz, sərnişin daşınması isə 7,2 faiz artmışdır.

İnformasiya və rabitə sahəsində 2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2024-cü illə müqayisədə 7,7 faiz artaraq 8,8 milyon manat olmuşdur.

İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında

2025-ci ildə ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü illə müqayisədə 10,1 faiz artaraq 56,6 milyon manat təşkil etmişdir. Dövriyyənin 54,5 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.

2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilə nisbətən real ifadədə 8,0 faiz artaraq 571,3 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 149,4 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 26,2 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 12,7 faizi dövlət, 87,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.

İş elanları AzVak.az-da

Gəncə iqtisadiyyatı 2025 Gəncə şəhər statistikası Gəncə sənaye istehsalı Gəncə sənaye müəssisələri Gəncə emal sənayesi metallurgiya sənayesi Gəncə qida sənayesi Gəncə avtomobil istehsalı Gəncə elektrik enerjisi istehsalı Gəncə su təchizatı və tullantıların emalı Gəncə Gəncə kənd təsərrüfatı bitkiçilik məhsulları Gəncə tərəvəz istehsalı Gəncə meyvə və giləmeyvə istehsalı Gəncə üzüm istehsalı Gəncə heyvandarlıq Gəncə ət və süd istehsalı Gəncə yumurta istehsalı Gəncə Gəncə pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları satışı Gəncə qeyri-ərzaq malları satışı Gəncə bazar və yarmarkalar Gəncə fərdi sahibkarlıq Gəncə Gəncə investisiya layihələri əsas kapitala investisiya Gəncə tikinti sektoru Gəncə inşaat işləri Gəncə nəqliyyat sektoru Gəncə yük daşınması Gəncə sərnişin daşınması Gəncə informasiya və rabitə xidmətləri Gəncə ictimai iaşə dövriyyəsi Gəncə ödənişli xidmətlər bazarı Gəncə Gəncə şəhərinin sosial-iqtisadi göstəriciləri
06.02.2026 12:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18