Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsi fəaliyyətilə məşğul olan "BQ" ASC istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb edir.
Marja.az Emissiya Prospektinə istinadən xəbər verir ki, "BQ" ASC hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxıb.
İstiqrazlar üzrə faiz dərəcəsi illik 15%-dir. Faizlər hər 30 gündən bir ödəniləcəkdir.
Emissiyanın anderrayteri "INVEST-AZ İnvestisiya Şirkəti" QSC-dir.
"BQ" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur. O, "GL" ASC-nin də nizamnamə kapitalının 100%-nə sahibdir.
2025-ci ilin sonunda cəmi aktivləri 6 milyon 804 min manat, o cümlədən kredit portfeli 6 milyon 223 min manat olan "BQ" ASC ili 918 min manat xalis mənfəət ilə başa vurub. Şirkətin xalis mənfəəəti 2023-cü ildə 64 min manat, 2024-cü ildə 343 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 23 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

























