S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektorunda tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi fonunda sektor üzrə sənaye riskinin azaldığını bildirib.
Bu barədə Agentliyə istinadən xəbər verilir.
Agentlik Azərbaycanın Bank Sənayesi Ölkə Risk Qiymətləndirməsində (BICRA) sənaye riski göstəricisini 8-dən 7-yə endirib. S&P qeyd edib ki, bu qərar son üç ildə maliyyə institutlarının tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatları əks etdirir.
Agentliyin qiymətləndirməsinə görə, 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində banklarda korporativ idarəetmə standartları tətbiq olunub, əlaqəli tərəflərlə əməliyyatlara məhdudiyyətlər qoyulub və Basel III tələblərinə uyğun likvidlik riskinin idarə edilməsi qaydaları qəbul edilib.
S&P əlavə edib ki, 2026-cı ildə risk-əsaslı nəzarətə keçid, IFRS 9 (Beynəlxalq Maliyyə Hesabatı Standartı 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Basel III standartlarına uyğunlaşdırılması və stress-test tələblərinin sərtləşdirilməsi bankların risk iştahını məhdudlaşdıracaq və kredit riskini azaldacaq.
Agentlik həmçinin vurğulayıb ki, tənzimləyici qurum 2024–2025-ci illərdə əks-tsiklik kapital buferinin aktivləşdirilməsi, likvidlik tələblərinin gücləndirilməsi və istehlak kreditləri üzrə qaydaların sərtləşdirilməsi kimi addımlarla bank sistemində risklərin idarə olunmasını daha da gücləndirib.
S&P-nin proqnozuna əsasən, yeni tənzimləmə tədbirləri fonunda kreditləşmənin artım tempi 2026-cı ildə 10–12% intervalında qalacaq, problemli kreditlərin payı isə 4,5–5,0% səviyyəsində sabitləşəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























