Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Almaniya əhalisinin qarşıdakı illərdə gözləniləndən daha sürətli şəkildə azalacağı və yaşlanacağı bildirilib.Almaniyanın rəsmi statistika və məlumat xidmətləri üzrə mərkəzi qurumu olan Almaniya Federal Statistika Ofisi ölkə əhalisinin sayına dair yeni proqnozlarını dərc edib.
Marja.az xəbər verir ki, 2070-ci ilədək Almaniya əhalisinin 10% azalacağı gözlənilir. İndiyədək ölkə əhalisinin 2070-ci ilədək 1% azalacağı nəzərdə tutulurdu.
Ifo İqtisadi Araşdırmalar İnstitutu (Ifo) da, 2022-ci il əhali siyahıyaalınması məlumatlarına əsaslanaraq Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilə qədər isə 10% azalacağını bildirib.
Ifo ölkə əhalisinin gələcəyinə dair məlumatları əhatə edən “Almaniyada Gələcək Əhali İnkişafı: Əhalinin Azalması və Yaşlanması” adlı təhlilini yayımlayıb. Destatis-in (Federal Statistika Ofisi) yenilənmiş məlumatlarına əsaslanan araşdırmada Almaniya əhalisinin qarşıdakı illərdə gözləniləndən daha sürətli şəkildə azalacağı və yaşlanacağı bildirilib. Təhlildə Almaniya əhalisinin yaxın illərdə əvvəlki proqnozlardan daha böyük azalma göstərəcəyi vurğulanıb. Belə ki, ölkə əhalisinin 2070-ci ilə qədər hazırkı səviyyə ilə müqayisədə təxminən 10 faiz azalacağı gözlənilir. Əvvəlki proqnozlarda isə bu azalmanın cəmi 1 faiz səviyyəsində qalacağı təxmin edilirdi.
Bu kəskin düzəlişin əsas səbəbi kimi 2022-ci il əhali siyahıyaalınmasının nəticələrinin Almaniyanın mövcud əhalisinin əvvəl təxmin edilən 81,9 milyondan daha az olduğunu ortaya qoyması göstərilib.
Təhlildə əhali itkisinin ölkə üzrə bərabər paylanmayacağına da diqqət çəkilib. Xüsusilə Şərqi Almaniya əyalətlərində əhalinin daha çox azalacağı, Berlin, Hamburq və Bremen kimi şəhər-əyalətlərində isə 2070-ci ilə qədər əhalinin artacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)
