Turistlərin Azərbaycanda xərclədiyi pulun məbləği açıqlandı
2017-ci ilin birinci yarısında Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətləri 6,2 milyard dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilir.
Bu rəqəm 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.
Hesabata əsasən, bunun 4,1 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,1 milyard dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 13,9 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Bu xidmətlər üzrə dövriyyə 858 milyon dollar təşkil edib. Bu məbləğin 48,5 faizi (416 milyon dollar) qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə bağlıdır. Qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 442 milyon dollara bərabər olub.
2017-ci ilin ilk 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 2,5 milyard dollara bərabər olub.
Hesabata əsasən, xarici turistlər Azərbaycanda azərbaycanlı turistlərin xərclədiyi vəsaitdən 100 milyon dollar daha çox vəsait xərcləyib. Belə ki, xarici turistlərin Azərbaycandakı xərcləri 1,3 milyard dollar, azərbaycanlı turistlərin xaricdəki xərcləri 1,2 milyard dollar təşkil edib.
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60,5 faiz azalaraq 31 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ötən ilin müvafiq dövrünə nisbətən 24,5 faiz artaraq 386 milyon dollara bərabər olub.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)

