Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Fərman İslamlı: Əsas çətinliyimiz okean hövzəsinə birbaşa çıxışın olmaması və logistika xərclərinin başqa ölkələr ilə müqayisədə yüksək olmasıdır.Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında əldə olunmuş razılaşmaya əsasən, ixrac potensialı olan böyük mebel istehsalçılarının iştirakı ilə işgüzar görüş keçirilib.
Görüşün əsas məqsədi Azərbaycanda mebel istehsalı üzrə ixrac potensialının artırılması imkanlarının müzakirə edilməsi, bu sahədə dövlət dəstəyinin genişləndirilməsi istiqamətində təkliflərin hazırlanması və mebel sektorunun beynəlxalq bazarlara çıxışının sürətləndirilməsi olub.
Tədbir zamanı ixrac prosesində mövcud olan əsas çətinliklər, qarşıya çıxan problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müzakirə edilib.
Eyni zamanda, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən ixracla bağlı məsələlər üzrə yaranmış müvafiq problemlərin həlli istiqamətində işlərin aparıldığı bildirilib.
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Fərman İslamlı çıxış edərək əsas çətinliyin okean hövzəsinə birbaşa çıxışın olmaması və logistika xərclərinin başqa ölkələr ilə müqayisədə yüksək olmasını vurğulayıb.
AZPROMO-nun İxracın Təşviqi departamenti direktor Fərid Fərzəliyev qısa müddətdə bu istiqamətdə işlərin getdiyini və nəqliyyat xərclərinin əsas hissəsinə dövlət dəstəyinin olacağını qeyd edib.
Görüşdə ölkənin aparıcı mebel şirkətlərinin rəhbər heyəti iştirak edib. Tədbirdə Embawood, Foriella MMC , Perla, Saloğlu, Qardaşlar, Məmmədoğulları, Crystal Mebel, Panarea MMC, Woodpecker, Greenwood və Damla mebel kimi iri istehsalçı şirkətlər yer alıb.
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası bu görüşlə növbəti uğurlu addıma imza ataraq böyük mebel istehsalçılarını bir araya toplamağa nail olub.
Qeyd edək ki, növbəti mərhələdə orta və kiçik mebel istehsalçılarının da ixrac prosesinə təşviq olunması və onların bu proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























