İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra təhlükəsiz aktivlərə tələbin artması ilə ABŞ dolları bazar ertəsi kəskin bahalaşaraq son beş həftənin ən yüksək səviyyəsinə qalxıb.
Marja.az xəbər verir ki, Dolların 6 əsas valyutaya qarşı məzənnəsini izləyən Dollar İndeksi 0,9% qalxaraq 98,50 səviyyəsinə çatıb və yanvarın sonundan bəri ən yüksək həddə ticarət olunub.
ABŞ və İsrail həftəsonu İrana hərbi zərbələr endirib, nəticədə İranın ali rəhbəri Əli Xamanei öldürülüb. İranın cavab addımlarından sonra hücumlar bazar ertəsi də davam edib; İsrail, BƏƏ, Qətər, Bəhreyn və Küveytdə partlayışlar qeydə alınıb.
ABŞ Prezidenti Donald Trump “zərbələrin lazım olduğu müddətcə davam edəcəyini” bildirib ki, bu da uzunmüddətli münaqişə riskini artıraraq bazarlarda narahatlığı dərinləşdirib.
ING Group analitikləri qeyd ediblər ki, hadisələr dollar üçün müsbətdir və üç əsas kanal (əlaqə) təsir göstərir.
Birincisi, ABŞ-ın enerji baxımından müstəqil, Avropa və Asiyanın digər ölkələrdən asılı olmasıdır.
İkinci kanal isə bunun Federal Reserve (FED - ABŞ Mərkəzi Bankı) siyasəti üçün nə ifadə etməsidir. Analitiklər bildiriblər ki, Asiya ticarətində FED fond fyuçersləri 3–4 bənd ucuzlaşıb, çünki bazar FED-in bu il iki dəfə faiz endirə bilməyəcəyini düşünür.
Üçüncü və əlaqəli kanal – enerji qiymətlərinin artması və FED-in faiz endirimi imkanlarına dair sualların inkişaf etməkdə olan bazarlara yönələn portfel axınlarını dayandıra və hətta geri çevirə biləcəyidir.
Avro və funt geriləyib; İsveçrə frankına tələbat artıb
Avropada EUR/USD məzənnəsi 0,9% düşərək 1,1703 səviyyəsinə enib (Bakı vaxtı ilə saat 19:15-ə olan məlumat). Yaxın Şərqdəki münaqişənin regionda enerji qiymətlərini artıracağı gözləntisi vahid valyutaya (Avroya) təzyiq göstərib.
ING bildirir ki, yüksək enerji qiymətləri investorları Avropa sənayesində “iqtisadi dirçəliş” gözləntilərini yenidən qiymətləndirməyə vadar edəcək. Bununla belə, qlobal iqtisadiyyat 2022-ci ilin martında enerji qiymətləri sıçradığı dövrlə müqayisədə daha yaxşı vəziyyətdədir və fiskal dəstək daha güclüdür.
Analitiklərin fikrincə, EUR/USD asanlıqla 1,1575/1,1650 diapazonuna, hətta 1,1575/1,1600 zonasına qədər geriləyə bilər. Onların qənaətincə, bu şok enerji xarakterli olduğundan dollar ən çox fayda əldə edən valyuta olacaq.
GBP/USD 0,8% azalaraq 1,3375-ə düşüb. EUR/CHF isə 0,3% geriləyərək 0,9055 səviyyəsinə enib, çünki təhlükəsiz liman sayılan İsveçrə frankı avroya qarşı son on ildən çox müddətin ən yüksək həddinə yüksəlib.
ING əlavə edib ki, Swiss National Bank (İsveçrə Milli Bankı) üçün bu vəziyyət arzuolunan deyil və diqqət yenidən İsveçrədə mənfi faiz dərəcələrinə yönələ bilər.
Asiya bazarları
USD/JPY məzənnəsi 0,8% artaraq 156.88 səviyyəsinə yüksəlib. Treyderlər enerji qiymətlərindəki sıçrayışın neft idxalına təsirini qiymətləndirirlər. Artan qeyri-müəyyənlik Bank of Japan-ın (Yaponiya Mərkəzi Bankı) daha ehtiyatlı mövqe tutmasına və yaxınmüddətli faiz artımı ehtimalının azalmasına səbəb ola bilər.
USD/CNY 0,4% artaraq 6,8842-yə yüksəlib və ötən həftə qeydə alınmış 34 aylıq minimumdan uzaqlaşıb. AUD/USD isə 0,7% azalaraq 0,7069-a düşüb; xam neft qiymətlərinin artması riskə həssas Avstraliya dollarına ciddi təsir göstərib.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Ən çox oxunanlar
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir







.jpg)





.jpg)






