Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
(®) Birbank-ın 17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri arasında keçirilən Yeni il lotereyası yekunlaşıb. Qaliblər 23 fevral 2026-cı il tarixində baş tutan tirajda bəlli olub. 3 000 000-a yaxın Birbanklının şansını sınadığı lotereyada 10 000 nəfər təsadüfi seçim əsasında qalib adını qazanıb.
Lotereyada 9 900 nəfər müxtəlif (10, 25, 50, 150, 250) Bir bonusu qazandığı halda, 9 nəfər “iPhone 17 Pro” markalı mobil telefona sahib olub. 20 qalibə “Apple Watch SE2”, 30 qalibə 500 manat dəyərində səyahət paketi hədiyyə olunub. 40 nəfər isə “AirPods 4” qulaqlığını qazanıb. Lotereyanın superprizi olan Sea Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzil isə 1 nəfər şanslı Birbanklının payına düşüb.
Lotereya qaliblərinin siyahısı: www.b-b.az/ HYPERLINK "http://www.b-b.az/qaliblersiyahi"q HYPERLINK "http://www.b-b.az/qaliblersiyahi"aliblersiyahi
Qeyd edək ki, lotereyada iştirak qeydiyyatsız həyata keçirilib. Belə ki, Birbank debet, Birbank taksit və Birbank Star kartları ilə ödəniş edən hər kəs lotereyada avtomatik iştirak etmək şansı qazanıb.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






