İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
Tramp, İran gərginliyi səbəbilə yüksələn neft qiymətlərinin müvəqqəti olduğunu bildirərək, proses başa çatdıqdan sonra qiymətlərin əvvəlki səviyyələrdən də aşağı düşə biləcəyini söyləyib.ABŞ Prezidenti Donald Tramp, ABŞ və İsrailin İrana hücumlarından sonra neft qiymətlərinin müvəqqəti olaraq yüksəldiyini, lakin proses başa çatdıqdan sonra geriləyəcəyini bildirib.
Marja xəbər verir ki, Tramp Almaniya Kansleri Friedrich Merz ilə Oval Ofisdə keçirdiyi görüş zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Yaxın Şərqdə artan gərginlik səbəbilə yüksələn neft qiymətlərinin iqtisadiyyata təsiri ilə bağlı suala cavab verən Tramp, “Neft qiymətləri bir müddət yüksək qalsa belə, bu vəziyyət başa çatan kimi düşəcək, hətta əvvəlkindən də daha aşağı səviyyələrə enəcəyinə inanıram” deyib.
Almaniya Kansleri Merz isə “Əlbəttə, bu vəziyyət iqtisadiyyatlarımıza zərər verir. Bu, həm neft qiymətlərinə, həm də benzin qiymətlərinə aiddir. Buna görə də hamımız bu müharibənin ən qısa müddətdə başa çatmasını ümid edirik” ifadələrini işlədib.
Merz bildirib ki, İsrail və ABŞ ordularının bu prosesi sona çatdırmaq və İranda sülhə və azadlığa dönüşü təmin edəcək yeni bir idarəetmənin hakimiyyətə gəlməsinə töhfə vermək üçün doğru addımlar atdıqlarına ümid edirlər.
ABŞ və İsrailin İrana yönəlmiş hücumları, eləcə də İranın cavab zərbələrindən sonra neft qiymətləri təklif narahatlıqları səbəbilə yüksəlmişdir. Brent neftinin bir barelinin qiyməti 85 dolları keçmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)




.jpg)






