BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Almaniyanın lüks avtomobil istehsalçısı BMW Group-un xalis mənfəəti ötən il Çin bazarındakı güclü rəqabətin təsiri ilə 2024-cü illə müqayisədə 3% azalaraq 7,45 milyard avroya düşüb.
BMW, MINI və Rolls‑Royce markalarını özündə birləşdirən BMW Qrupu (BMW Group) 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, şirkət qlobal bazarlarda satışların düşməsinə baxmayaraq elektrikli avtomobil satışlarında artım əldə edib, lakin Çin bazarındakı itkilər və artan gömrük rüsumları səbəbindən ehtiyatlı mövqe sərgiləyib.
BMW Qrupunun ümumi gəlirləri ötən il 6,3% azalaraq 133 milyard 450 milyon avroya enib. Qrupun xalis mənfəəti isə 3% azalaraq 7,45 milyard avro olub.
Diqqət çəkən məqam isə BMW-nin mənfəətindəki azalmanın rəqibləri ilə müqayisədə daha məhdud qalmasıdır. Eyni dövrdə Almaniyanın avtomobil istehsalçıları Volkswagen və Mercedes‑Benz Group-un mənfəətləri təxminən yarıbayarı azalıb.
Şirkət bu geriləmənin əsas səbəbi kimi avtomobil sektorunda, xüsusilə Çin bazarında artan sərt rəqabət şərtlərini göstərib.
Digər tərəfdən, qrup dünya üzrə ümumi avtomobil tədarükünü 0,5% artıraraq 2 milyon 463 min 681 ədədə çatdırıb.
BMW ötən il tam elektrikli avtomobil satışlarını 3,6% artıraraq 442 min 56 ədədə yüksəldib. Bununla da ümumi satışlarda elektrikli avtomobillərin payı 17,9%-ə çatıb.
Şirkət Çin bazarında baş verən 12,5%-lik azalmanı, Avropada 7,3% və Amerika qitəsində 5,6% artımla qismən kompensasiya edib.
"Gömrük rüsumları mənfəətə təzyiq göstərəcək"
BMW proqnozlarında qlobal ticarət müharibələri və gömrük rüsumlarının əməliyyat mənfəətinə təzyiq göstərməyə davam edəcəyi barədə xəbərdarlıq edib. Xüsusilə ABŞ-dakı gömrük rüsumu qaydalarının mənfəət marjasını 1,25 faiz bəndi azalda biləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























