Dünya bazarında şəkər bahalaşır - NEFT BAHALAŞANDA, ŞƏKƏR DƏ BAHALAŞIR
Yanacaq bahalaşdığı üçün, şəkər qamışının daha böyük hissəsi şəkər əvəzinə etanol istehsalına yönəldilir. Bu da qlobal şəkər təklifini azaldaraq qiymətlərin artmasına səbəb olur.İran müharibəsinin neft qiymətləri üzərində yaratdığı təzyiq, ticarət edilən kənd təsərrüfatı məhsullarına, o cümlədən şəkərə də təsir edir.
Marja xəbər verir ki, neftin barelinin qiyməti 100 dolların üzərində qaldıqca, etanol istehsalı daha cəlbedici hala gəlib. Bu da xam şəkər qiymətlərini bir ayın ən yüksək səviyyəsinə qaldırıb.
Neft və şəkər qiymətləri arasında etanol istehsalına bağlı olaraq bir korelyasiya mövcuddur və son dövrlərdə şəkər bazarındakı qiymətləri yuxarı çəkən iki əsas amil önə çıxır:
1. 2026-2027 mövsümünə dair təklif gözləntiləri
Bazarda, gələcək mövsümdə təklifin daha aşağı olacağı gözləntiləri güclənməkdədir. Bu proqnoz, şəkər qiymətlərinin artmasını dəstəkləyən əsas amillərdən biri hesab olunur.
2. Yüksələn enerji qiymətləri
Enerji qiymətlərinin artması şəkər bazarına əlavə təzyiq yaradır. Çünki enerji xərclərinin yüksəlməsi, başda nəqliyyat olmaqla, istehsal və logistika zəncirində də xərcləri artırır.
Daha ciddi təsir isə dünyanın ən böyük şəkər qamışı istehsalçısı olan Braziliyada görünür. Bloomberg xəbərinə görə, yüksək enerji qiymətləri, Braziliya fabriklərini 2026-2027 mövsümünün başlanğıcında şəkər qamışının daha böyük hissəsini şəkər əvəzinə etanol istehsalına yönəltməyə sövq edə bilər. Bu da qlobal şəkər təklifini azaldaraq qiymətlərin dəstək tapmasına səbəb ola bilər.
Lakin Braziliyada etanol bazarının gələcəyi, böyük ölçüdə ölkənin enerji nəhəngi "Petrobras"ın benzin qiymətlərinə bağlı olacaq. Şirkətin benzin qiymətləri 5 mart tarixinə qədər beynəlxalq qiymətlərdən 24% aşağı olub. Qlobal qiymətlərin kəskin yüksəlməsinə baxmayaraq, "Petrobras" keçən həftə açıqlayıb ki, idxal və ixrac əməliyyatlarında hər hansı fasilə riski yoxdur.
Nyu York birjasında xam şəkər qiyməti 2,9% artaraq 1 poundu (453.59237 qram) 14,51 sent olub.
London bazarında isə ağ şəkərin qiyməti 1,1% yüksəlib.
Bu vəziyyət göstərir ki, şəkər bazarında qiymətlərin hərəkəti yalnız mövcud tələbat və təkliflə deyil, həm də enerji və yanacaq siyasətləri ilə müəyyən olunur.
Xüsusilə Braziliyanın şəkər-etanol balansı, gələcəkdə qlobal şəkər qiymətlərinin istiqaməti baxımından həlledici əhəmiyyət daşıyacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
9 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
26 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır




























