Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
Cümə axşamı neft qiymətləri kəskin şəkildə artıb. Marja xəbər verir ki, ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda əsas enerji infrastrukturuna edilən hücumların nəticəsində ABŞ xam neftinin (West Texas Intermediate (WTI)) fyuçersləri qısa müddət ərzində bir barel üçün 100 dollar həddini keçib.
Reuters agentliyinin ABŞ-ın Yaxın Şərqə minlərlə hərbçi göndərməyi nəzərdən keçirdiyini bildirməsi də neft qiymətlərinin yüksəlişini sürətləndirib. Bazar iştirakçıları İran əleyhinə mümkün quru əməliyyatının nələri ehtiva edəcəyi ilə bağlı narahatlıq keçirirlər.
Brent markalı neftin fyuçersləri saat Bakı vaxtı ilə saat 08:00-da 4,2% artaraq bir barel üçün 112 dollara yüksəlib. WTI fyuçersləri isə 3,5% bahalaşaraq 99,85 dollara çatıb və qısa müddət ərzində 100,02 dollara qədər yüksəlib.
İsrailin İranın Cənubi Pars – dünyanın ən böyük təbii qaz yataqlarından birinə zərbə endirdiyi barədə xəbərlərdən sonra neft bahalaşır.
İran cavab olaraq Körfəz bölgəsində daha çox neft və qaz obyektlərinə hücum edəcəyi ilə hədələyib. Tehran bu həftə ərzində İsrailə və Yaxın Şərqin digər ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə silsilə hücumlar həyata keçirib.
Tehran Səudiyyə Ərəbistanındakı SAMREF və Jubail komplekslərini, Birləşmiş Ərəb Əmirliklərindəki Al Hisn qaz yatağını, eləcə də Qətərdə yerləşən Ras Laffan neft emalı zavodunu hədəfə ala biləcəyini bildirib.
Yaxın Şərqdə enerji infrastrukturuna hücumların artması İran müharibəsinin səbəb olduğu tədarük fasilələri ilə bağlı narahatlıqları gücləndirib. Xüsusilə də Tehran əsas nəqliyyat arteriyası olan Hörmüz boğazını bağlı saxlayır.
Reuters-in məlumatına görə, Donald Tramp administrasiyası Yaxın Şərqə minlərlə hərbçi yerləşdirməyi nəzərdən keçirir. Bu addımın məqsədlərindən biri Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidini təmin etmək ola bilər.
Vaşinqton həmçinin ötən həftə hərbi hədəflərə zərbə endirdiyi İranın əsas neft ixrac mərkəzlərindən biri olan Harg adasına qoşun yerləşdirməyi də müzakirə edir.
ABŞ dollarının möhkəmlənməsinə baxmayaraq, neft qiymətləri artmağa davam edib. Bazarlar enerji qiymətlərinin yüksəlməsi fonunda qlobal faiz dərəcələrinin daha sərt ola biləcəyi ehtimalından da narahatdır. ABŞ Federal Ehtiyat Sistemi (FED) enerji qiymətlərinin yaratdığı inflyasiya ilə bağlı qeyri-müəyyənliyə diqqət çəkib, eyni zamanda ABŞ-da istehsalçı qiymətləri gözləniləndən yüksək olub.
ABŞ-da həftəlik neft ehtiyatlarının gözlənilmədən artdığını göstərən məlumatlara baxmayaraq, qiymətlər ümumilikdə yüksəlib.
İraq və kürd hakimiyyətlərinin Türkiyənin Ceyhan limanı vasitəsilə neft axınını bərpa etmək barədə razılığa gəlməsi xəbərlərindən sonra isə neft qiymətlərində artım qısamüddətli dayanmışdı. Eyni zamanda, böyük qlobal iqtisadiyyatların İran müharibəsinin yaratdığı tədarük çatışmazlığını kompensasiya etmək üçün strateji ehtiyatlardan nefti bazara çıxartmağa başlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
2 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək
Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramı təsdiq edilib
5 ildə kənd təsərrüfatı sektoruna yeni Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat investisiya qoyulması gözlənilir
Nazir: İdxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var
Nazir: İlk dəfə olaraq balıqçılıq sahəsinə subsidiyalar və dövlət güzəştləri veriləcək







.jpg)








.jpg)


