Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
ABŞ-ın maliyyə qurumu Goldman Sachs bildirir ki, Hörmüz boğazı daha bir ay bağlı qalarsa, Brent neftinin bir barelinin qiyməti 2026-cı il ərzində orta hesabla 100 dolların üzərində olacaq.
Marja.az xəbər verir ki, qlobal bankın analitikləri ABŞ və İran arasında iki həftəlik atəşkəsin başlamasından sonra yayımladıqları məlumatda “Vəziyyət hələ də dəyişkəndir” ifadəsini işlədərək, ABŞ-ın vitse-prezidenti JD Vance-in atəşkəsin kövrək olduğu barədə açıqlamalarına diqqət çəkiblər. Analitiklər bildiriblər: “Qiymət proqnozlarımıza dair risklərin yuxarı yönlü olduğunu düşünməyə davam edirik”.
Qlobal neft bazarı fevral ayında ABŞ və İsrailin İrana hücum edərək müharibəni başlatmasından bəri böyük ölçüdə gəmilərin hərəkətinə bağlı qalan Hörmüz boğazına diqqət yetirməyə davam edir. Tehran və Vaşinqton münaqişələrin dayandırılması qarşılığında keçid yolunun yenidən açılmasını qəbul etdiklərini bildirsələr də, hansı məsələlər üzrə razılaşma əldə olunduğu tam aydın deyil.
Hazırda bankın əsas ssenarisinə görə, boğazdan keçən enerji axını bu həftəsonundan etibarən artmağa başlayacaq və daha sonra Fars körfəzi ixracında müharibədən əvvəlki səviyyələrə doğru mərhələli, təxminən bir aylıq bərpa prosesi baş verəcək. Bu ssenariyə əsasən, Brent neftinin üçüncü rübdə orta hesabla 82 dollar, dördüncü rübdə isə 80 dollar olması gözlənilir.
Bankın “mənfi ssenari” adlandırdığı və yenidən açılışın bir ay “təxirə salınmasını” nəzərdə tutan proqnozuna görə isə Brent neftinin qiyməti ilin ikinci yarısında orta hesabla 100 dollardan yuxarı olacaq.
Daha uzunmüddətli bağlanma və regional hasilatın bir hissəsinin itirilməsinə əsaslanan digər ssenaridə isə Brent neftinin üçüncü rübdə bir barel üçün 120 dollar, dördüncü rübdə isə 115 dollar olacağı ilə bağlı daha yüksək proqnozlar irəli sürülür.
Brent neftinin fyuçersləri atəşkəs elan edildikdən sonra çərşənbə günü 16 faiz ucuzlaşmışdı. Hazrıda Brent nefti təxminən 98 dollar səviyyəsində ticarət olunur. Brent neftin qiyməti böhran dövründə 119,50 dollara qədər yüksəlmişdi.
Commerzbank: Neft 70 dolları görə bilər
Almaniya bankı Commerzbank-ın İnkişaf etməkdə olan Bazarlar üzrə iqtisadçısı Tatha Ghose ABŞ–İran arasında iki həftəlik atəşkəs fonunda neftin qiymətinin 70 dollara qədər enə biləcəyini deyib. O qeyd edib ki, atəşkəs ssenarisi inkişaf etməkdə olan ölkələrin bazarlarına müsbət təsir göstərə bilər.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
4 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır





.jpg)







.jpg)




