"Avropada cəmi 6 həftəlik aviasiya yanacağı qalıb, bəzi uçuşlar ləğv oluna bilər"
Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency) rəhbəri Fatih Birol "Associated Press" agentliyinə verdiyi müsahibədə bildirib ki, Avropada “bəlkə də cəmi 6 həftəlik qədər aviasiya (reaktiv) yanacağı qalıb” və İran müharibəsi səbəbindən neft tədarükünün qarşısı alınmağa davam edərsə, yaxın zamanda uçuşların ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib.Beynəlxalq Enerji Agentliyinin (International Energy Agency) rəhbəri Fatih Birol "Associated Press" agentliyinə verdiyi müsahibəsində Hörmüz boğazından neft, təbii qaz və digər həyati əhəmiyyətli resursların axınının dayanması nəticəsində yaranan və onun sözlərinə görə “indiyə qədər qarşılaşılan ən böyük enerji böhranı” olan vəziyyətin qlobal təsirləri barədə düşündürücü mənzərəni təsvir edib.
Marja xəbər verir ki, Birol bildirib: “Vəziyyət çox ağırdır və qlobal iqtisadiyyat üçün böyük nəticələr doğuracaq. Bu vəziyyət nə qədər uzun davam etsə, dünya üzrə iqtisadi artım və inflyasiya üçün bir o qədər pis olacaq”.
Birol əlavə edib ki, bunun təsiri “daha yüksək benzin qiymətləri, daha yüksək təbii qaz qiymətləri və daha yüksək elektrik enerjisi tarifləri” şəklində özünü göstərəcək və dünyanın bəzi bölgələri digərlərindən daha çox zərər görəcək.
“Ən ön sırada Yaxın Şərqdən enerji asılılığı olan Asiya ölkələri dayanır”, – deyən Birol, Yaponiya, Cənubi Koreya, Hindistan, Çin, Pakistan və Banqladeşi qeyd edib.
Birol bildirib: “Növbə Avropa və Amerikaya da çatacaq. Əgər Hörmüz boğazı yenidən açılmasa, yaxın zamanda Avropada A şəhərindən B şəhərinə həyata keçirilən bəzi uçuşların aviasiya yanacağı çatışmazlığı səbəbindən ləğv olunduğu barədə xəbərlər eşidəcəyimizi deyə bilərəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)


