Avropada zəhərli uşaq qidası təşvişi yaşanır
Avropada siçan zəhəri qarışmış uşaq qidası təşvişi (panikası) yaşanır. Marja xəbər verir ki, Avstriya, Çexiya və Slovakiya polisi, HiPP markalı uşaq qidalarına siçan zəhəri qarışdırdığı ehtimal edilən bir şübhəli şəxsi axtarır.
HiPP, məhsullarından birində siçan zəhəri aşkar edildikdən sonra Avstriyadakı SPAR adlı market şəbəkəsində satılan bütün bankaları geri çağırıb.
HiPP sözçüsü Clemens Preysing bildirib ki, zəhərli bankalar Çexiya və Slovakiyada da aşkar olunub və ehtiyat tədbiri olaraq bu ölkələrdəki bütün HiPP məhsulları da satışdan çıxarılıb.
Bir banka qidanın istehlak edilməsinin həyati təhlükə yarada biləcəyi barədə müştərilərini xəbərdar edən şirkət, çek təqdim edilmədən tam məbləğdə pulun geri qaytarılacağını açıqlayıb.
Polis valideynlərdən aldıqları qidaların bankalarını yoxlamağı xahiş edib. Cırılmış etiket, zədələnmiş qapaq kimi əlamətlər potensial risk göstəriciləri kimi göstərilir.
HiPP: İstehsal prosesləri ilə əlaqəsi yoxdur
Avstriya hakimiyyət orqanları hesab edir ki, 120 il əvvəl Almaniyanın Bavariya əyalətində qurulan və hazırda mərkəzi İsveçrədə yerləşən ailə şirkəti HiPP şantaja məruz qalıb.
Şirkətin sözçüsü Preysing deyib: “Hadisənin məhsulun keyfiyyəti və ya istehsal prosesi ilə heç bir əlaqəsi yoxdur” və vəziyyəti “kənar müdaxilə” kimi qiymətləndirib.
Avstriya səhiyyə orqanı bildirib ki, HiPP uşaq qidası istehlak edən uşaqlarda diş əti qanaması, burun qanaması, izah olunmayan göyərmələr və ya nəcisdə qan müşahidə olunması siçan zəhərinin əlaməti ola bilər və bu simptomlar müşahidə olunduğu halda dərhal xəstəxanaya müraciət edilməlidir.
Qurum qeyd edib ki, əlamətlər zəhərin qəbulundan iki-beş gün sonra ortaya çıxa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























