970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ələtdə hava limanının tikintisi, investisiyaların cəlb edilməsi barədə müzakirələr aparılıb

AzVak-mobil_resmin_ustu_31
Ələtdə hava limanının tikintisi, investisiyaların cəlb edilməsi barədə müzakirələr aparılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi Qrupun III iclası keçirilib.

İqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda Ələt azad iqtisadi zonasının fəaliyyətinin səmərəli təşkili və investisiyaların cəlb edilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Bildirilib ki, Ələt azad iqtisadi zonasında qabaqcıl idarəetmə təcrübəsinə əsaslanan, yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsalı təşviq etmək məqsədilə işlər davam etdirilir.

Tədbirdə Ələt azad iqtisadi zonasında beynəlxalq hava limanının tikintisi və infrastrukturun qurulması işlərinin icra vəziyyəti barədə məlumat verilib. Azad iqtisadi zonada qeydiyyatdan keçmiş və fəaliyyətə başlamış şirkətlər, bir sıra investorlar tərəfindən təqdim olunan layihələr diqqətə çatdırılıb. Vurğulanıb ki, Zonanın fəaliyyətinin gücləndirilməsi innovativ texnologiyalar tətbiq edən investorların cəlb edilməsi, onların yerli şirkətlərlə əməkdaşlığının genişləndirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik olan Ələt azad iqtisadi zonasında investorlar üçün bir çox fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. Zonada fəaliyyət göstərən rezidentlər üçün xüsusi vergi rejimi çərçivəsində əlavə dəyər vergisi də daxil olmaqla bir sıra vergi və gömrük güzəştləri nəzərdə tutulur. Həmçinin, əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyətin tətbiq edilməməsi, valyuta əməliyyatları və mənfəətin repatriasiyasının sərbəst olması, xarici investorlar  üçün yerli tərəfdaş və səhmdar tələbinin olmaması və digər üstünlüklər mövcuddur. Bundan başqa,  investorlara ərazi-daxili (daxili yollar, elektrik, su, qaz xətləri, kanalizasiya sistemi, rabitə və s. ) və ərazi-xarici infrastruktur (magistral yollar, dəmir yolu bağlantıları, dəniz və hava limanına çıxış və s.), eləcə də mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələrinin təqdim olunması Ələt azad iqtisadi zonasının cəlbediciliyini daha da artırır.

XXX

Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun III iclası keçirilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Həmkarlarla birlikdə Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun III iclasında iştirak etdik. Zonada görülmüş işlər, o cümlədən beynəlxalq hava limanının tikintisi, infrastrukturunun qurulması işlərinin icra vəziyyəti, fəaliyyətin səmərəli təşkili və investisiyaların cəlb edilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.

22.04.2026 08:53
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19