970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur

AzVak-mobil_resmin_ustu_31
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanla bir-birimiz üçün yolları tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması çox vacibdir və bunun baş verəcəyinə heç bir şübhəm yoxdur.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə brifinqində deyib.

Baş nazir bildirib ki, kommunikasiyaların tam açılması insanların və yüklərin sərbəst hərəkəti, eləcə də ticarətin inkişafı baxımından vacibdir və bu baxımdan müvafiq sahələr üzrə əməkdaşlığa dair müqavilələrin bağlanması lazım gələcək.

"Məsələn, nəqliyyat sahəsində biz artıq bu gün hər hansı ayrıca saziş olmadan əməkdaşlıq edirik. Əlbəttə ki, yolları bir-birimiz üçün tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədin açılması son dərəcə vacibdir. Bunun baş verəcəyinə isə mənim heç bir şübhəm yoxdur", - o bildirib.

İş elanları AzVak.az-da

© APA

05.05.2026 13:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19