"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
18 mart 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PRİOR LEASING" ASC-nin 1 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 31.03.2026-cı il tarixində başlayıb, 29.04.2026-cı il tarixində bitmişdir.
AZ2001019531 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 30 aprel tarixində başlayaraq, 7 may 2026-cı il tarixində bitmişdir.
Marja xəbər verir ki, istiqrazlara 56 investor 56 sifariş təqdim edib və təklifin tam məbləği yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "PRİOR LEASING"
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001019531
İstiqraqzların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə periodu: İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir
Tədavül müddəti: 1 il
Reallaşdırılmış həcm: 1 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 manat
Minimal qiymət: 100 manat (15.0000%)
Maksimal qiymət: 100 manat (15.0000%)
Kəsmə qiyməti: 100 manat (15.0000%)
Ortaçəkili qiyməti: 100 manat (15.0000%)
İnvestor sayı: 56
Sifariş sayı: 56
Anderrayter: “Assist Finance İnvestisiya Şirkəti” ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)


