Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Almaniyada kerosin qiymətlərinin kəskin bahalaşması fonunda yay mövsümündə aviareyslərin kütləvi şəkildə ləğv edilə biləcəyi açıqlanıb.

 “Bild” nəşri xəbər verir ki, Almaniya Hava Limanları Birliyinin (ADV) baş direktoru Ralf Bayzel ən pis ssenariyə əsasən, bəzi hava limanlarında sərnişin daşımalarının həcminin 10 faizədək azala biləcəyini qeyd edib. Bu vəziyyətin Almaniya üzrə təxminən 20 milyon sərnişinə təsir göstərə biləcəyi vurğulanıb.

Reklam_3_11

R.Bayzel xüsusilə aşağıbüdcəli aviaşirkətlərin və turizm baxımından daha az əhəmiyyət daşıyan istiqamətlərin risk altında olduğunu vurğulayıb. O bildirib ki, bir sıra marşrutlar üzrə uçuşların tamamilə dayandırılması, digərlərində isə reyslərin sayının azaldılması ehtimalı var. Bu isə aviabiletlərin qiymətlərinin daha da artmasına səbəb ola bilər.

ADV rəhbərinin sözlərinə görə, kerosinin qiyməti son iki ay ərzində müharibədən əvvəlki dövrlə müqayisədə iki dəfə yüksəlib və yaxın aylarda vəziyyətin normallaşacağı gözlənilmir. Yanacaq mövcud olsa belə, real qiymətlərlə bir çox uçuşların iqtisadi cəhətdən sərfəli həyata keçirilməsi mümkün deyil.

Birlik Almaniya hökumətini hava nəqliyyatı vergisini qısamüddətli dövrdə dayandırmağa, orta müddətdə isə ən azı iki dəfə azaltmağa çağırıb.

İş elanları AzVak.az-da

© Azərtac

09.05.2026 16:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19