Samsung hər iPhone X satışından 110 dollar qazanacaq
Ötən günlərdə Apple-ın 10-cu ilə əlaqədar olaraq təqdim edilmiş iPhone X telefonu, əzəli rəqibi Cənubi Koreyanın Samsung şirkətinə də qazandıracaq.
"Marja" xəbər verir ki, Apple-ın OLED ekranlarının və çiplərinin tədarükçüsü olan Cənubi Koreya şirkət hər bir iPhone X satışından110 dollar qazanacaq.
"Counterpoint Technology Market Research"un təhlilinə görə, yeni iPhone noyabr ayında satılmağa başlamasından sonrakı 20 ay ərzində, Samsung, öz telefon modeli Galaxy S8-dən daha çox iPhone X-a ehtiyat hissələri tədarükündən qazanacaq (4 milyard dollar).
Yeni bir ağıllı telefonun satışlarının çoxu ilk çıxışından sonrakı ilk 20 ay ərzində baş verir və hesabat yalnız ilk 20 aylıq satışı əhatə edir.
Apple-ın 130 milyon iPhone X satacağı və Samsung Galaxy S8 modelinin qlobal satışının 50 milyon ədəd olacağı gözlənilir.
"S&P Global Market Intelligence"a görə Çin bankları xaric, 2017-ci ildə dünyanın ən mənfəətli iki şirkəti Samsung və Apple olacaqdır.
Samsung NAND flaş yaddaşını istehsal edən az saydakı yarımkeçirici tədarükçülərindən biridir, həmçinin iPhone X-da istifadə olunan OLED panelin istehsalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















