Ölkənin ən geniş ət-süd mağaza şəbəkəsi hər həftə yenisini açır
Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş əti istehsalçısı
Azərbaycanın halallığı beynəlxalq sertifikatla təsdiqlənmiş yeganə quş əti istehsalçısı olan Səba şirkəti istehlakçılarına bilavasitə xidmət göstərmək üçün öz mağazaları şəbəkəsini genişləndirir. Təkcə
sentyabrda ölkənin müxtəlif bölgələrində 5 Səba ət-süd dükanı açılıb.
“Biz Səba dükanları şəbəkəsini eyni templə genişləndirməyi qarşımıza məqsəd qoymuşuq. Bizə ölkənin hər yerindən Səba istehlakçıları mağazalarımızı onların da ərazilərində açmağımız barədə müraciət
edirlər. Səba mağazaları təkcə istehlakçıların evlərinə yaxın sevimli brend mağazası demək deyil. Bizim mağaza həm də davamlı iş yeridir. Biz satıcıları işə götürmək üçün onlara peşəkar təlimlər keçirik,
müştəri məmnuniyyəti üçün tələb olunan keyfiyyətləri aşılayırıq” – Səba-dan bildiriblər.
Təzə-təzə və hər evə yaxın
Kiçik məhlə dükanları prinsipi ilə əhaliyə ən yaxın ərazilərdə açılan Səba dükanlarının missiyası Səba ət və süd məhsullarının istehlakçılara təzə-təzə - müəssisədən çıxan məhsulun soyuma həddi keçmədən çatdırılmasını təmin etməkdir. Səba-nın başqa heç bir marketə vermətiyi təzə toyuq tikələri və içalatı, çəki ilə xama, kəsmik,
süzmə, qaymaq kimi süd məhsulları bu dükanlarda təklif edilir. Səbəb isə çox sadədir – hər kəs öz ailəsinə lazım olan çəkidə Səba məhsulunu gündəlik, təzə-təzə və uzağa getmədən ala bilsin.
Səba dükanlarını özəl edən səbəblərdən biri də brendin yüksək keyfiyyətə malik kolbasa və sosis məmulatlarının yalnız burada satılmasıdır.
Dad və keyfiyət üçün ən müasir texnologiya - hava ilə soyutma sistemi
Hava ilə soyutma sistemi Səba quşçuluq müəssisəsində tədbiq olunan ən müasir texnologiyalardandır. Əl dəymədən yolunub təmizlənmiş, içi çıxarılmış quşlar başı aşağı vəziyyətdə 39°C temperaturdan 0°C
temperatura qədər soyuyanadək hava axını altında fırlanır. 2015-ci ildən hava ilə soyutma texnologiyasını tətbiq etməklə, Səba quş ətinin tərkibində su qalma ehtimalını sıfıra endirib. Bu texnologiya Səba-ya
yalnız toyuğun öz xalis kütləsinin saxlamağa və istehsal etdiyi quş ətinin dadını və yüksək keyfiyyətini saxlamağa imkan verir.
Hər yenilikdə bir fayda
Səba-dan əlavə ediblər ki, hər yeni Səba mağazası müştərilərinə xüsusi təkliflərlə açılacaq.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)



