Bağdan birbaşa alıcılara satılır
Üzümçülük Samux rayonunda kənd təsərrüfatının əsas sahələrindən biridir. Uzun fasilədən sonra bu gəlirli sahənin yenidən inkişaf etdirilməsi hər bir rayon sakini tərəfindən razılıqla qarşılanmışdır.
Hazırda rayonda 1055 hektar üzüm bağı var. Onun 274 hektarı “Gəncə-2” Açıq Səhmdar Cəmiyyətinə, 87 hektarı Göygöl şərab zavoduna, qalanı isə ayrı-ayrı fərdi təsərüfatlara məxsusdur. Barverən bağların yarısı süfrə, yarısı isə texniki üzüm sortlarından ibarətdir.
Rayonda mövcud bağların əksəriyyətində “Kardinal”, “Prima” və “Təbriz” sortları yetişdirilir. Yeni bağlar salınarkən əsasən Avropa ölkələrindən gətirilən məhsuldar “Şardanel”, “Kabarne” kimi üzüm sortlarına üstünlük verilir. Bu sortlar keyfiyyətli olmaqla yanaşı, həm də məhsuldardır.
Üzümçülər deyirlər ki, bu il məhsul olduqca boldur. Ona görə ki, həm havalar mülayim keçib, həm də bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında yerinə yetirilib.
Hazırda üzüm yığımında 150 nəfərdən artıq adam çalışır. Onların əksəriyyətinin üzümçülük sahəsində böyük təcrübələri var. Uzun illərdən sonra yenidən üzüm bağlarına qayıdan bu insanların son dövrdə güzəranlarının yaxşılaşması məhz üzümçülüyün inkişaf etdirilməsi ilə bağlıdır.
Rayondakı iri üzümçülük təsərrüfatlarından birinə - “Ata” MMC-yə rəhbərlik edən Cəlal Ələkbərov bildirdi ki, üzümçülük ata-baba peşəsidir. Rayonun Qarayeri qəsəbəsində yerləşən təsərrüfatda çalışan bütün bağbanlar üzümçülüyün sirlərini yaxşı bilirlər. Hazırda 15 hektar üzüm bağının olduğunu deyən təsərrüfat sahibi qeyd etdi ki, əsasən süfrə üzümü yetişdirilən bu bağlardan hər il 100 tonlarla məhsul götürülür. Satış problemi də yoxdur. Üzüm keyfiyyətli olduğundan elə bağdan birbaşa alıcılara satılır.
Təsərrüfatda uzun illər briqadir işləyən Qismət Abusəlimov deyir ki, onun öhdəsində 45 nəfər üzümdərən var. Onların hər biri gün ərzində 1 tondan çox məhsul toplayır. Yığılan üzümə görə əməkhaqqı günün sonunda elə bağda ödənilir. Təxminən bir nəfər gün ərzində 15-25 manat arasında əməkhaqqı alır.
Üzümçü Nazilə İsgəndərova iki ildir bu təsərrüfatda çalışır. Deyir ki, yüksək məhsul istehsal edirik ki, bunun da sayəsində güzəranımız gündən-günə yaxşılaşır. Mən bir gündə 1 tona yaxın üzüm yığıram.
Samuxlular bu gəlirli sahənin yenidən inkişaf etdirilməsi üçün bağların sahəsini genişləndirmək, eləcə də istehsal olunan məhsulu xarici bazarlara çıxarmaq üçün yeni yollar axtarırlar. Elə rayonun Eldar kəndində yaşayan və burada üzümçülüklə məşğul olan Şakir Allahverdiyev kimi. O, qısa vaxt ərzində icarəyə götürdüyü torpaq sahəsində 105 hektar üzüm bağı salmış, yetişdirdiyi məhsulu emal etmək üçün illik tutumu 1000 ton olan şərab emalı zavodu inşa etdirmişdir.
Digər yerlərdə olduğu kimi, bu təsərrüfatda da üzüm yığımının qızğın çağıdır. İlkin göstəricilər sevindiricidir, hər hektardan məhsuldarlıq 120 sentnerdən çoxdur. Əsasən texniki üzüm sortları əkilən bu bağlarda məhsulun şəkərlilik faizi də yüksəkdir. Bu isə şərab istehsalında ən vacib göstəricidir. Üzüm bağlarından yığılan məhsul ilkin olaraq üzüm emalı müəssisəsində bunkerə tökülür. Sonra şərab istehsalı üçün lazım olan texnoloji proseslər aparılır və bu əməliyyatlar kompleks şəkildə yerinə yetirilir. Beləliklə, üzüm şirəsi şərab olanadək bütün proses müəssisədə həyata keçirilir. Sonra “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılan bu məhsullar ölkəmizə valyuta gətirməklə yanaşı, həm də iqtisadi inkişafin göstəricisinə çevrilir.
© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
10 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
















.jpg)



.jpg)


