İnflyasiya açıqlandı - ərzaq 18%-ə yaxın bahalaşıb
2017-ci ilin doqquz ayında Azərbaycanda inflyasiya illik hesablamada 13,9% olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilən dövrdə ərzaq 17,9%, qeyri-ərzaq malları 12,5%, əhaliyə pullu xidmətlər 9,6% bahalaşıb.
Təkcə sentyabrda əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,7% artıb. O cümlədən ərzaq 1,4%, qeyri-ərzaq malları 0,4%, əhaliyə pullu xidmətlər 0,1% bahalaşıb.
Xəbər verdiyimiz kimi, 2017-ci ilin yanvar-avqust aylarında (8 ayda) istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdı.
İllik inflyasiya əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləndə nəzərə alınır. 2016-cı ildə inflyasiya 12,4% olub.
© Turan
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 3 d. əvvəl
-
55 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















