Azərbaycan fındığına böyük maraq - 100 tondan çox sifariş verdilər
Azərbaycanın fındıq istehsalçıları Almaniyada keçirilmiş “ANUGA” sərgisi çərçivəsində bir sıra müqavilələr imzalayıblar.
"Marja" xəbər verir ki, Azərbaycanın fındıq istehsalçısı “Azərstar” Hollandiya və Danimarkanın satışla və qənnadı məmulatlarının istehsalı ilə məşğul olan şirkətləri ilə iki müqavilə imzalayıb. Müqavilələrə əsasən, “Azərstar” şirkəti oktyabr və dekabr aylarında bu ölkələrin hər birinə ilkin mərhələdə 22 ton fındıq ixrac edəcək.
“Azərstar” həmçinin, İsveçrəyə 22 ton fındıq ixracına dair danışıqlar aparıb.
“Xan EL” şirkəti 40 ton fındığın İtaliyaya ixracına dair bu ölkənin şokolad istehsalçısı ilə müqavilə imzalayıb.
“Aqrovest” MMC Azərbaycan fındığının Hollandiya, Belçika və Lüksemburqa ixracına dair Hollandiya şirkəti ilə danışıqlara başlayıb.
"Azerbaijan Hazelnut Exporters Consortium" (AHEC) isə İtaliyaya 48, Çexiya və Yunanıstana isə hər birinə 22 ton fındıq ixracına dair ilkin razılıqlar əldə edib.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
PAŞA Holding-in təşkilatçılığı ilə “LEGIS Hüquq Forum”u uğurla başa çatıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
-
8 saat əvvəl
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
-
8 saat əvvəl
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Ən çox oxunanlar
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
Soyuq hava qlobal istiləşməni təkzib etmir






















