Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir
“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürdü.
Göygöldə həyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlik kurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.
“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində Göygöl və ətraf bölgələrdən olan 20-dən çox yerli sakinin iki həftə boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin davamlı olaraq reallaşdırılması planlaşdırılıb.
“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olurlar. Layihənin bölgələrdə həyata keçirilməsinə Zaqatala rayonunda start verilib.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 3 saat sonra
-
13 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb


















.jpg)



.jpg)


