Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
1. Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olundu. Bu gündən bankların xarici valyutaların məzənnələrini müəyyənləşdirməkdə sərbəstdirlər.
2. Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirildi. Mərkəzi Bankın yaydığı məlimata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşmışdır. Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7742 manat səviyyəsində olub. Beləliklə, bu gün məzənnə 0,7% yüksəlib. Digər bir məlumata görə,ümumilikdə satışa 75 milyon ABŞ dolları həcmində valyuta kütləsi çıxarılıb.
3. 4%-lik marjanın ləğv edilməsindən sonra banklar sərbəst məzənnələr təyin etməyə başladılar. Banklarda dolların satış məzənnəsi 1.88 manata çatdı. Bu, Mərkəzi Bankın örta çəkili məzənnəsindən 5.2%-ə yaxın yüksəkdir. Gün ərzində 1 dolları Yapı Kredi Bank Azərbaycan 1.8807 manata, Kapital Bank 1.8720 manata, Bank Respublika 1.8720 manata, Bank of Baku 1.8700-a, Turanbank 1.87, Unibank 1.8500 manata satdı. Dolları 1.8450 manatdan da satan banklar da var idi. Axşam saatlarına doğru bəzi banklar Dolların satış qiymətini bir qədər aşağı saldılar. Məsələn, Bank Respublika Dolların satış qiymətini 1.8720 manatdan 1.86 manata endirdi.
4. Mərkəzi Bank 13.01.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7867 səviyyəsində müəyyən etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 6 d. əvvəl
-
-
23 d. əvvəl
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
-
55 d. əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycanın 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub























