Kapital Bank-ın dəstəyi ilə metroda foto sərgi təşkil edilib
Kapital Bank Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində sosial layihənin rəsmi tərəfdaşı olub. Belə ki, 1 noyabr 2017-ci il tarixində metronun Nəriman Nərimanov stansiyasında “Köhnə Bakı” mövzusunda foto sərginin açılış mərasimi keçirilib.
Ümumilikdə 90 fotonun yer aldığı sərgidə hər fotonun yanında Azərbaycan, Rus və İngilis dilində izahı qeyd olunub. Sərgi izləyicilərinə nümayiş olunan fotoşəkillər haqqında virtual məlumat almasına da şərait yaradılıb. Bunun üçün hər şəkildə yerləşdirilmiş "QR-kod" vasitəsilə Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya da daxil olub istənilən şəkil və onun haqqında məlumatla tanışlığı davam etdirmək mümkündür.
Məşhur həvəskar tarixçi-tədqiqatçı Fuad Axundovun məsləhətləri ilə seçilən fotolar 6 ay ərzində stansiyada sərgilənəcək. Sərgidə paytaxtın arxitekturası, neft mədənləri, tacirlər, şəhər sakinləri və digər maraqlı fotolar nümayiş edilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























