SOCAR layihəsindən illik 0,8-1,2 milyard dollar gəlir gözləyir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və neft-kimya kompleksi - "SOCAR-GPC" layihəsi üzrə illik gəlirin məbləğinin 0,8-1,2 mlrd. ABŞ dolları olacağı gözlənilir.
Bunu Bakıda keçirilən SPE Xəzər illik Texniki Konfrans və Sərgisində "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, layihə üzrə ümumi investisiya xərcləri isə ilkin qiymətləndirməyə əsasən 4,2 mlrd. dollar təşkil edəcək.
"Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə həmçinin 600 min ton polietilen və 130 min ton propilen istehsalı nəzərdə tutulur", - o qeyd edib.
F.Cəfərov hazırda layihənin FEED (İlkin detallı qiymətləndirmə) mərhələsində olduğunu da deyib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




