İlham Əliyev retro vaqonlar ilə tanış oldu
Noyabrın 6-da metronun “İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi ilə əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev retro vaqonlarla tanış olub.
Xatırladaq ki, 1967-ci il noyabrın 6-da Bakı Metropoliteninin “İçərişəhər” stansiyasından ilk qatar uzunluğu 10 kilometrdən bir qədər az olan xətt üzrə hərəkətə başlayıb. “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları həmin xəttin üzərində yerləşirdi. Ulu öndər Heydər Əliyevin istər Sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, metro da sürətli inkişaf yolu keçib, istismara buraxılan stansiyaların sayı 14-ə, xətlərin ümumi uzunluğu isə 22 kilometrə çatdırılıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına retro vaqonlar barədə məlumat verdi.
Qeyd edək ki, Mıtişşi maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.
Retro tipli digər vaqonlar “Q” tipli vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa çatıb.
Təqdimatı olan “E” tipli digər vaqonların hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk iki sınaq vaqonu 1959-cu ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.
Sonra Prezident İlham Əliyev retro vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gəldi.
Qeyd edək ki, 2003-cü ildə Bakı Metropoliteni yeni inkişaf mərhələsinə qədəm qoyub. 50 illik yubileyi qeyd edilən Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra silsilə yeniliklər biri-birini əvəzlədi.
Retro vaqonlarla tanış olan Prezident İlham Əliyev 50 illik yubileyi münasibətilə Bakı Metropoliteninin kollektivini təbrik etdi, yeni-yeni uğurlar arzuladı.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 14 saat sonra
-
-
1 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
4 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























