Təkliflər ard-arda səsləndirilib - Əmlaklar özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə açıq hərracların keçirilməsi davam etdirilir.
Növbəti belə hərrac 7 noyabr tarixində keçirilib. Hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si nəqliyyat vasitəsi, 1- i isə özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 11 istifadəsiz qeyri yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 5 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi özəlləşdirilib.
İnvestorların hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verir. Budəfəki hərracda qalib şəxslərdən biri onlayn rejimdə qatılan sifarişçi olub. Həmin şəxs buraxılış ili 1997- ci il olan Tofaş Şahin avtomobilinə sahib olub.
Budəfəki hərrac da rəqabətli keçib. Paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investorları özünə cəlb edib. Adı çəkilən obyektin özəlləşdirilməsi ilə bağlı 2 sifariş verilib. Bu zaman isə investorlar tərəfindən əmlaka edilən təkliflər ard-arda səsləndirilib. Belə ki, əmlakın ilkin start qiyməti 9 min manat olsa da ən son 12 min 200 manata özəlləşdirilib. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 33 kv.m-ə yaxındır. Bu qeyri-yaşayış sahəsi üzrə hərracın rəqabətli olması əmlakın həm münasib qiymətindən, həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Obyekt investor üçün xidmət, iaşə sahəsində yaxşı qazanc gətirə bilər.
Digər hərraclardan fərqli olaraq budəfəki hərracda ilk dəfə “özəlləşdirilən obyektin altında yerləşən torpaq sahəsi” sahibini tapıb. Bu “Boradigah Çay-2” açıq səhmdar cəmiyyətinin yerləşdiyi torpaq sahəsidir.
Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Sumqayıt şəhərində, Ucar, Ağsu, Saatlı, Qazax rayonlarında yerləşir. Hərracda sahibini tapan əmlaklar xidmət, tikinti, sənaye sahəsinə aid olub.
Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Ucar rayonunda yerləşən “Dostluq” kinoteatrını qeyd etmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 700 kv.m-ə yaxın, torpaq sahəsi isə 870 kv.m-dən çoxdur. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
Bundan başqa prosesdə özəlləşdirilən 21 saylı Təmir Tikinti Sahəsi də inşaat sektorunda sahibi üçün qazanclı obyekt hesab olunur Saatlıda yerləşən həmin əmlakın ümumi faydalı sahəsi 57,1 kv.m, torpaq sahəsi isə 216,3 kv.m təşkil edir.
Özəlləşən obyektlər sırasında “Aygün” tikiş atelyesi də xidmət sahəsində gəlirli əmlaklardandır. Sumqayıtda yerləşən bu əmlakın ümumi faydalı sahəsi 160,4 kv.m-dir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox inves
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)
.jpg)






.jpg)










